a
Hava:
12 C
clear sky
Baku
humidity: 62%
wind: 1 m/s N
H12 • L12
HomeMünasibətlərUşaq hüquqlarıBöyüməkdə olan gənc nəslin hüquqi baxımdan ərbiyələndirilməsi üçün uşaq cinayətkarlığı ilə mübarizə

Böyüməkdə olan gənc nəslin hüquqi baxımdan ərbiyələndirilməsi üçün uşaq cinayətkarlığı ilə mübarizə

Böyüməkdə olan gənc nəslin hüquqi baxımdan ərbiyələndirilməsi üçün uşaq cinayətkarlığı ilə mübarizə

Hamımıza bəllidir ki, hər bir insanın əhəmiyyəti onun Vətən qarşısında borcu ilə ölçülür. Vətənin layiqli
övladı olmaq üçün daha çox elmi biliklərə yiyələnmək lazımdır. Hazırda kompüter əsrində yaşasaq da, elmi
biliklərə yiyələnmədən mənəviyyatca saf, milli dini dəyərlərə sahib olmaq olmaz.
Çünki bu biliklər yetişməkdə olan gənc nəslin daha kamil inkişaf etməsi üçün vacib olan əsas
ünsürlərdəndir. Çünki insan öyrənməklə formalaşır, mətinləşir, dərin biliyə yiyələnir. Bəs kamil vətəndaş
necə olmalıdır? Necə yaşamalı, həyatını necə qurmalıdır?
Yetkinlik yaşına çatmamış və müstəqil həyata qədəm qoymuş yeniyetmələr daha çox bu suallarla
qarşılaşırlar. Onlara bu sualların həllində kömək edənlər sırasında məktəb və mədəniyyət ocaqlarımızla
yanaşı kitabxanalarımızda xüsusi yer tutur. Yetkinlik yaşına çatmayanların çoxu təhsil almadan əmək
fəaliyyətinə başlayaraq cəmiyyət qarşısında müəyyən vəzifələr daşımağa başlayırlar. Bu baxımdan hələ öz
hüquqlarını dərindən bilmədən, kortəbii şəkildə heç bir məsuliyyəti dərk etmədən cəmiyyətə atılırlar. Bu da
onlarda hələ uşaq yaşlarından bilməyərəkdən müəyyən hüquq məsuliyyətinə cəlb olunmağına gətirib çıxarır.
Yeniyetmələrin çoxu polis, müstəntiq, hüquq, prokurorluq, idarələrinin funksiyalarını, hüquq və vəzifələrini
düzgün başa düşmür. Buna görə də ətraf aləmdə baş verən hadisələrin çoxuna kortəbii münasibət bəsləyərək
nəyin cinayət olduğunun fərqinə varmırlar.
Yetkinlik yaşına çatmayanların hüquq tərbiyəsində məktəblərin, pedaqoji müəssisələrin, uşaq təşkilatlarının,
kitabxanaların xüsusi rolu vardır. Məhz bu kollektivlərin həyata keçirdikləri tədbirlər nəticəsində onlarda
cəmiyyət hadisələri haqqında xüsusi təsəvvür yaradılaraq, həyat hadisələrinə düzgün yanaşmaq üçün onlara
zəmin yaradılır.
Yaş artıqca yeniyetmələrdə cinayət hüquq normalarını öyrənməyə maraq da güclənir. Bu psixoloji meyl
əsasən VII – IX sinif şagirdləri üçün səciyyəvidir. Belə ki, azyaşlılar barəsində cinayətetmə, onları cinayətə
cəlb etmə məsuliyyəti ağırlaşdıran hallardır.
Yetkinlik yaşına çatmayanları cinayətkarlığa, alkoqolizmə, narkomaniyaya cəlb etmə və s. görə də ciddi
cəzalar tətbiq olunur. Millətin gələcəyini müəyyənləşdirən o millətin uşaqları, gəncliyidir. Dünənin uşaqları
bu günün gəncləri, bu günün gəncləri isə sabahın gələcəyidir. Sabahın idarəçiləri, sabahın ailə başçılarıdır.
Ancaq bəzi problemlər var ki, bu dilindən, irqindən asılı olmayaraq hər bir millətin problemidir. Uşaq və
yeniyetmələrə yönəlmiş zorakılıq halları da belə problemlərdəndir.

Ruhiyyə Məmmədli

Şərh yoxdur

şərhini yaz