a
Hava:
24 C
clear sky
Baku
humidity: 43%
wind: 6 m/s SSE
H24 • L24
HomeMünasibətlərUşaq hüquqlarıBMT-nin Uşaq hüquqları haqqında Konvensiyası

BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası

BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası

BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası dünya dövlətləri tərəfindən zorakılığa qarşı aşağıdakı
tədbirlərin aparılmasını tövsiyə edir:

Hər bir uşağın yaşamaq hüququ var. Uşağın sağ qalması və sağlam inkişaf etməsi maksimal dərəcədə
təmin edilməlidir (maddə 6).

Hər bir uşağın şəxsi həyatı olmasına hüququ var. Uşaq onun həyatına özbaşına və ya qanunsuz müdaxilədən,
şərəf və nüfuzuna, ailəsinə və evinə qəsd edilmədən qorunmalıdır (maddə 16).

Hər bir uşağın səhiyyənin mükəmməl xidmətlərindən istifadə etmək hüququ var. Xəstəliklərə və doyunca
yeməməyə qarşı mübarizə təşkil olunmalıdır və uşağın sağlam yaşaması üçün təmiz su, təmiz ətraf mühit
təmin olunmalıdır (maddə 24).

Hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmağa
hüququ var (maddə 27).

Uşaq cinsi istismarın bütün növlərindən qorunmalıdır (maddə 34).

Qanunu pozan hər bir uşaq kobud rəftarın bütün növlərindən müdafiə olunmalıdır, o, böyük insanlarla bir
cəza çəkmə müəssisəsində yerləşdirilməkdən və ailə üzvləri ilə münasibətdən məhrum edilməkdən
qorunmalıdır (maddə 37).

Kobud rəftar qurbanı olmuş hər bir uşağa özünə hörməti qaytarmaq üçün yardım göstərilməlidir (maddə 39).

Zorakılığın qarşısının alınması multisektoral yanaşma tələb edir, yəni bu fəaliyyətə hüquq mühafizə
sisteminin, qəyyumluq və himayə orqanlarının, sosial və pedaqoji dairələrin, tibbi və psixoloji xidmətlərin
əməkdaşları cəlb edilməlidirlər. Bu sahədə səmərəli işin təşkili üçün tibb, polis və sosial xidmətlər arasında
informasiya mübadiləsi vacibdir.

Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirlyinin “Tədbirlər
Planı”nada zorakılıqla mübarizənin gücləndirilməsi, zorakılıq qurbanları üçün hüquqi müdafiə vasitələrinin,
zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması, bu sahədə geniş
maarifləndirmə işinin təşkili nəzərdə tutulmuşdur. Həmçinin 2000-ci ildən qüvvəyə minmiş Ailə
Məcəlləsində valideynlik hüququndan məhrumetməyə əsas olan halların siyahısı genişləndirilib (Əlavə 1).
Məcəlləyə əsasən, məhkəmə belə işlərə baxarkən valideynlər tərəfindən öz vəzifələrinin yerinə
yetirilməməsi, alimentin qəsdən ödənilməməsi, valideynlik hüququndan sui-istifadə edilməsi, uşaqlara qarşı
məişət zorakılığının törədilməsi, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən
edilmiş cinayətin törədilməsi və s. halları nəzərə almalıdır.

Zorakılığın növləri: Zorakılığın aşağıdakı növləri ayırd edilir:
Gizli və aşkar;
Hal-hazırda və keçmişdə baş verən ;
Dəfələrlə təkrar olunan və ya tək-tək təsadüf edilən;
Hadisənin baş verdiyi yerdən və mühitindən asılı olaraq: ailədə, cəmiyyətdə, təhsil və cəzaçəkmə
müəssisələrində baş verən.
Bundan əlavə zorakılığın yuxarıda sadalanan hər bir növü aşağıdakı formalarda özünü büruzə verə bilər:
Fiziki Psixoloji (emosional), Cinsi, İqtisadi, Sosial Uşaq istismarı, Etinasızlıq.

Fiziki zorakılıq – fiziki güc və ya silahdan istifadə edərək uşağa qəsdən vurulan zədə və ya travmadır. Bura
daxildir: qətl; fiziki hücum (müxtəlif əşyalardan istifadə edərək və ya onlardan istifadə etmədən döymək,
təpikləyərək döymək, soyuq və odlu silahla hücum etmək); işgəncə (buz vannası, siqaretlə dərini yandırmaq,
yaraların üzərinə duz səpmək); fiziki olaraq yuxudan, qidadan, işıqdan, vacib istifadə əşyalarından məhrum
etmək; fiziki məhdudiyyətlərlə (ip, qandal, zəncir) və hərəkətlərlə (yerdəyişmə) azadlıqdan məhrum etmək;
tibbi və digər əsas xidmətlərin alınmasında maneə yaratmaq. Uşağın spirtli içkilər, narkotik maddələr,
zəhərləyici maddələr və ya tibbi bihuşedici (məsələn, həkim tərəfindən təyin olunmayan yuxugətirən
dərmanlar) vasitələrin zorla qəbuluna cəlb edilməsi də fiziki zorakılığa daxildir.

Psixoloji (emosional) zorakılıq – uşaq üzərində onu təcrid və ya təhqir etməklə nəzarətdir. Psixoloji
zorakılıq özünü daimi tənqid, təhqir, alçaldılma ilə ifadə edir; özünə, zərərçəkmiş və ya digər şəxslərə qarşı
zorakılıq təhdidləri; ev heyvanlarına qarşı zor tətbiq etmək və ya əşyaları sındırmaqla hədə-qorxu gəlmək;
təqib; zərərçəkənin üzərində nəzarət, o cümlədən gün rejiminə nəzarət; zərərçəkənin sosial dairəsi üzərində
nəzarət; zərərçəkənin müxtəlif vasitələrə çıxışına nəzarət (sosial və tibbi yardım alınmasına, dərmanlara,
nəqliyyata çıxış, dostlarla ünsiyyətə, təhsil almağa və s.); zərərçəkəni onu alçaldan hərəkətləri etməyə təhrik
etmək və s.

Cinsi zorakılıq: Təcavüzkar qurbanlarını aşağıdakı yollarla razılığa gətirir: uşaqla və onun valideynləri
(qəyyumları) ilə dostluq əlaqələri yaratmaqla; uşağın özünə və onun fəaliyyətinə çox maraq göstərməklə
(“heç kim səni mənim qədər çox stəmir”); uşağa müxtəlif hədiyyələr (geyim, şirniyyat), o cümlədən
arzuolunmaz hədiyyələr (alkoqol, tütün məhsulları, narkotik maddələr də daxil olmaqla) almaqla; həmçinin
oyunlar, gəzintilər, şənliklər, pul təklif etməklə; uşağı və ya onun yaxınlarını hədələmə və qorxutmaqla, o
cümlədən evdən getməyi ilə qorxutmaqla; uşağın günahkar olduğunu boynuna qoymaqla; təminat və
köməkdən məhrum etməklə.

İqtisadi zorakılıq – zərərçəkmişin yaşayış vasitələrinə çıxışlardan məhrum edilməsi və onun üzərində
nəzarətdir. Bu, gəlirlərin gizlədilməsi, ailə büdcəsinin xərclənməsi, maliyyə məsələləri ilə bağlı qərarların
müstəqil verilməsi, vəsaitlərin xərclənməsinə ciddi nəzarətin olması deməkdir. Zorakılığın bu növü qanun
pozuntusu hesab edilmir, amma çox təhlükəlidir. Çünki cəzadan yayınaraq psixoloji, fiziki və cinsi zorakılıq
etməyə şərait yaradır, həmçinin qurban ona zərər vurandan asılı olur.
Uşağın kommersiya və ya digər məqsədlə istismarı – zəif, həssas vəziyyətlərdə, etibar etdikdə, təbəqələşmiş
səlahiyyət zamanı pul, sosial və ya siyasi fayda qazanmaq məqsədilə uşaq əməyi də daxil olmaqla, uşağın
hər hansı bir fəaliyyətdə istismarı. Bu fəaliyyət uşağın fiziki və psixi sağlamlığına, təhsilinə, sosialemosional
inkişafına zərər gətirir.

Hərbi əməliyyatlarda iştirak etmək üçün orduya cəlb edilən uşaqlar da bu kateqoriyaya aiddirlər.
Etinasızlıq – qurbanın əsas ehtiyaclarının (qida, geyim, tibbi yardım, təhsil və s.) ödənilməsinə laqeyd
münasibətdir. Bədbəxt hadisələrə, zəhərlənmələrə, həyat və sağlamlıq üçün digər təhlükəli nəticələrə səbəb
olan (məsələn, pedikulyoz, distrofiya və s.) uşaqları nəzarətsiz qoyma halları etinasızlığın tipik nümunəsidir.

Sosial zorakılıq – qurbanın təcavüzkar tərəfindən təcrid edilməsi zorakılığın gec aşkar olunmasının ən vacib
səbəbidir. Bu, təcavüzkar tərəfindən qurbanın tədricən valideynləri, qohumları və dostlarından başlayaraq,
bütün sosial çevrəsi ilə əlaqələrinin tamamilə kəsilməsində öz əksini tapır.

Ailə zorakılığı – ailənin bir üzvünün digər üzvünə qarşı qəsdən edilmiş hərəkəti, ailə üzvünün qanuni
hüquqlarını və azadlıqlarını məhdudlaşdırırsa, ona fiziki və ya psixi-əzab verir və mənəvi ziyan yetirirsə, bu
halda ailənin həddi-buluğa çatmamış üzvünün fiziki və şəxsi inkişafı üçün təhlükə yaranır.

Məktəbdə zorakılıq ̶ Dünyanın bütün ölkələrində uşaqlar məktəbdə kifayət qədər çox vaxt keçirirlər.
BMT-nin 2006-cı ilin uşaqlara qarşı zorakılıq haqqında məruzəsində oğlanlara nisbətən qızlara qarşı
münasibətdə incitmə, əziyyət vermə, sıxışdırma daha çox qeyd edilir. Məktəblərdə baş verən zorakılıq
hallarının 80%-i isə 12-16 yaş qrupunda baş verir. Hər 10 uşaqdan biri məktəbdə zorakılığa məruz qalır.
Məktəblərdə fiziki cəzanın qadağan edilməsinə baxmayaraq incitmə, sataşma, qrup şəklində hücumlar geniş
yayılıb. Adətən məktəbdə zorakılığa məruz qalmış uşaqlar təcavüzkardan qorxduqları üçün və məktəb
müəllimləri və müdiriyyəti tərəfindən neqativ reaksiyalardan qorunmaq üçün belə hallar haqqında xəbər
vermək istəmir və ya çəkinirlər. Məktəb müəllimləri və müdiriyyət zorakılıq probleminin və bədən                                                                                                                                                                                                                  cəzalarının mövcud olmasının gizlədilməsində mühüm rol oynaya bilərlər. Zorakılığın qurbanı istənilən hər
bir uşaq ola bilər. Lakin əsasən ya daha zəif və gücsüzü, ya da digərlərindən kəskin fərqlənəni (daha ağıllı,
böyük və ya kiçik, ləhcə ilə danışan, bəzi hərflərin tələffüzündə çətinlik çəkən) seçirlər.

Ruhiyyə Məmmədli

Şərh yoxdur

şərhini yaz