a
Hava:
18 C
few clouds
Baku
humidity: 63%
wind: 4 m/s SSE
H18 • L18
HomeMünasibətlərUşaq hüquqlarıUşaq və yeniyetmələrə yönəlmiş zorakılıq hallarının qarşısının alınması, insan alverinə qarşı mübarizə üsulları

Uşaq və yeniyetmələrə yönəlmiş zorakılıq hallarının qarşısının alınması, insan alverinə qarşı mübarizə üsulları

Uşaq və yeniyetmələrə yönəlmiş zorakılıq hallarının qarşısının alınması, insan
alverinə qarşı mübarizə üsulları

Bu dünyada uşaq olmaq böyük olmaqdan çətindir. Bəzən biz böyüklər körpələrin sadəcə sevgiyə və
qayğıya ehtiyacı olduğunu unuduruq. Onların saf, təmiz, bütün çətinliklərdən uzaq olan dünyaları bizim
dünya deyə yaşadığımız bu aləmdən o qədər təmiz, kiçik bir pislik belə bilməyən qəlbləri biz böyüklərin
qəlbindən bəşəriyyət qədər böyükdür.

Bizlərin nankor olduğumuz zamanlarda su kimi pak ürəklərin
sahibləri kiçik şeylərlə sevinməyi, gülməyi bacarırlar. Bizlər insanları, dünyanı sevməyi, sevilməyi, bir
gülüşün nələrə qadir olduğunu gözəl üzlü körpələrdən öyrənirik. İnsanlar xoşbəxtliyi o qədər fərqli yerlərdə
axtarırlar ki… Amma ətraflarına baxsalar onları milyonlarla xoşbəxtliyin əhatə etdiyini, xoşbəxtliyi onlara
bəxş edəcək varlıqların yanı başlarında olduğunu görərlər. Bu böyük xoşbəxtliyi əldə etmək üçün kiçicik
sevgi və qayğı yetər. Bəzən isə bizlər xoşbəxt olmadığımızı deyirik…

Məgər kimsəsiz bir körpəyə bir
şokolad belə verdiyimiz zaman onun üzündəki o bir anlıq təbəssüm, gözlərinin sevinclə günəş kimi
parlaması xoşbəxtlik deyilmi…?! Yaxud da bir ananın hələ yenicə doğulmuş körpəsini göz yaşları ilə
bağrına basması dünyanın ən böyük xoşbəxtliyi deyilmi…?! Həyatımızda bu qədər gözəlliklər olduğunu
bilərək gəlin xoşbəxtliyi, sevgini, təbəssümü başqa yerlərdə deyil, bu balaca fidanların gözlərində axtaraq və
onların qar kimi bəmbəyaz dünyasını böyük problemlər dediyimiz, əslində, həll etməsi o qədər də çətin
olmayan şeylərlə qaranlığa çevirməyək. Çünki bu körpələr biz böyüklərdən həyatı öyrənməyə çalışır,
gələcəkdə kim olacaqlarını ata və analarına, müəllimlərinə, böyüklərə baxaraq öyrənirlər. Gəlin, gələcəyimiz
xoşbəxtlik və sevgi dolu bir dünya olsun…

Unutmayaq ki, özümüzü böyük hesab etsək də, hər birimizin
qəlbinin dərinliklərində bir uşaq yatıb və o uşağı oyada bilsək inanın dünyanın ən xoşbəxt insanı bizlər
olarıq, çünki uşaqlar pislik, çirkinlik nədir bilməzlər… Düşünürsən ki, gələciyinin qırılmaz, möhkəm bir
körpü olması üçün sən nə edə bilərsən? Çox şey edə bilərik, əzizlərim. Bizim kiçik saydığımız şeylər
körpələrin bir təbəssümünə səbəb ola bilər. Düşünürəm ki, hər kəs əlindən gələni etsə, yardıma, köməyə
ehtiyacı olan, bizim hər sözümüzdə “uşaqlar bizim gələcəyimizdir” dediyimiz körpələri pisliklərdən uzaq
tutsa, onlara dünyanın necə gözəl bir yer olduğunu, oxumağın, elmin hər insana lazım olduğunu öyrətsə
gələcəyimiz əmin əllərdə olar. Bəli, əziz oxucular, bizlər də uşaqlara necə yararlı ola bilərik deyə düşündük
və elmin, oxumağın, mütaliənin körpələrə hər şeydən çox lazım olduğunu anladıq. Çünki sağlam gələcək
sağlam gəncliyin çiyinləri üzərində dayanır.!

Ruhiyyə Məmmədli

Şərh yoxdur

şərhini yaz