a
Hava:
8 C
clear sky
Baku
humidity: 75%
wind: 1 m/s W
H8 • L8
HomeQadın və ictimaiyyətMüharibə və qadınÖvladının tabutunu başına tac edən Səkinə ana

Övladının tabutunu başına tac edən Səkinə ana

Bəşərin əbədi tacı olan şəhid anası övladının tabutunu tac edib başına qoydu…

Bütün analar dünyaya gətirəcəyi övladını ilk olaraq bətnində, sonra isti qoynunda gəzdirirlər, ta ki, övlad böyuyüb, ayaq tutub yeriyənə qədər. Sonra analar yaş alar, yaşlanar və bir gün övladının çiynində də köç edər bu dünyadan. İlk baxışdan kədərli görünən bu hal məgərsə, nə xoşbəxt bir mənzərə imiş…
Müharibənin amansız üzü, sərt qanunu yaddaşlarımızda hələ neçə- neçə qandonduran silinməz izlər qoyacaqdır. Elə bir mənzərələr ki, qərinələr, əsrlər keçsə belə, kitablara, salnamələrə, dastanlara sığmayan qəhrəmanlarımızın şücaəti və onların qəhrəmancasına şəhid olmaları yazılacaq, çiziləcək yurdu yaşatmaq üçün can verən qəhrəmanlar. Bir də qəhrəmanlar doğuran Azərbaycan anası…
Səkinə ananı gələcək nəsillər də oxuyacaq, biləcək. Vətən torpaqlarını geri alan, lakin özü geri gəlməyən tankçı övladının, Cavidin nəşini son mənzilə yola salan ana onu başı üstündə apardı.

“Oğlumu mən buraya beş yaşından ləyəndə başımın üstündə gətirmişəm, onun tabutu həyətə gələndə dedim ki, Cavidi son mənzilə başımda aparacam” deyir Səkinə ana…

16 il Vətənə xidmət edən bu cəsarətli qəhrəman Aprel döyüşlərində rəşadətlə vuruşmuşdu. Üç uşaq atası, otuzdoqquz yaşlı Cavid Sahratov Qarabağ savaşında da ilk gündən düşmənə qan uddurdu.
Mərdliyi, cəsarəti ilə qəhrəmanlıq yazan Cavid düşmən gülləsinə tuş gəldi və uğrunda canından keçdiyi bayrağa sarınıb evinə qayıtdı…

Vətən üçün şəhid oğul verən qəlbi viran olan, köksü alışan ana isə kədərini fəxr və qürur hissinə qurban verdi. Mübariz dayandı, axı o illərlə əziyyətlə böyüdüb, ərsəyə gətirdiyi oğlu onunla son görüşə gəlmişdi. Bu, onun şəhid balası qəhrəman igidinə yaraşan bir vida olmalı idi. Ana mübariz olmalı, ağır kədərdən əyilən qəddini dik tutmalı idi, elə də oldu Səkınə ana…

Atalar çiynində qəhrəman oğlu,
Analar bətnində şəhid böyütdü.
Vətəndən yol aldı, vətəni üçün
Gedənlər bayrağa dönüb qayıtdı…

Dünya bütün zamanlara örnək olacaq bir rəsm çəkdi. Böyük qəlbi dünyaya sığmayan, lakin cismi ayparalı tabutda sığın uyuyan şəhid və o şəhidi başına alıb bütün dünyaya gəzdirə biləcək cəsarətə sahib bir Azərbaycan anası…

etiketlər
Latest comment
  • Allah şəhidlərimizə rəhmət eləsin.Onların ruhu ,onları böyüdən ana,atalarının qarşısında baş əyirik.Haqları ödənməz.

şərhini yaz