a
Hava:
27 C
clear sky
Baku
humidity: 22%
wind: 6 m/s S
H27 • L27
HomeQadın və ictimaiyyətMüharibə və qadın“Arxa cəbhədə gələcək nəsilləri yetişdirən məhz qadınlardır” – Psixoloq Süleyman Məmmədzadə

“Arxa cəbhədə gələcək nəsilləri yetişdirən məhz qadınlardır” – Psixoloq Süleyman Məmmədzadə

– Müharibə və qadın və ya müharibədə qadının rolu.

– Qadın anadır, cəmiyyətin mayasıdır. Müqəddəs kitabımızda da, cəmiyyətimizdə də qadının rolu, dəyəri böyükdür. Məhz bu səbəbdən biz vətənə ana torpaq deyirik. Bu ilk baxışdan sadə görünən söz birləşməsi bizim üçün aliləşir, müqəddəsləşir. Bu oxşatmaları şüuraltı səviyyəsində ömür boyu daşıyırıq və yaşadırıq. İçimizdə bədənsal və emosional səviyyələrdə yaşadırıq…

Niyə bu mövzuya toxundum, çünki qadınlarımız torpaq kimi qorunar. Qadın bizlərə tərbiyə verir, böyüdür, namus, qeyrət, vətənpərvərlik kimi insanı keyfiyyətlərini bizə öz südləri ilə keçirir. Yeri gələrsə, kişiləri motivasiya edir, ruhlandırır, alqışlayır.

Arxa cəbhədə, yəni evlərdə oturarkən sanki qoruduğumuz torpağın müqəddəsliyini artırıb, ana və vətən mənalarını birləşdirib, müharibə edən kişilərin müdafiə etmə qüvvəsinə bir mənəvi güc verir. Ümumiyyətlə, kişilər olan yerdə qadınların müharibəyə əsgər kimi getməsi heç vaxt tərcih edilməyib. Xüsusilə Azərbaycan xalqı üçün.

– Bu günün qəhrəmanları sayılan şəhidlərimiz, qazi və müharibə iştirakçılarının belə əzmli, mübariz və vətənpərvərliyinin arxasında bir neçə amil durur. Mühit, təlim, milli dəyərlər, ancaq ən əsası isə tərbiyyə durur. Sizcə də belə deyilmi?

–Qadınlarımızın əməyi, və bu öhdəçilikdə olan məsuliyyəti çox böyükdür, onlar arxa cəbhədə gələn nəsilləri, yəni övladlarımızı böyüdüb tərbiyələndirirlər. Necə ki, ediblər, edirlər və edəcəklər. Onların zəhmətinin nəticəsidir ki, oğullar bu gün vətənin onlara ehtiyacı olduğu an qəhrəmanlıq, şücaət, mübarizlik, vətənpərvərlik göstərdilər və göstərirlər. Biz vətənimizi qorumalıyıq ki, onlar gələn və gəlməkdə olan nəslimiz də qəhrəman yetişdirdikləri, onlara vətənə məhəbbəti öyrədib aşılasınlar.

– Sizcə, övladın vətənpərvər böyüməsi üçün bir ana nə etməlidir?

– İnsana vətənpərvərlik körpə yaşlarından aşılanmalıdır. Vətən ona tərənnüm olunmalı, misal üçün dövlət atributları, onların dəyəri öyrədilməlidir. Analar öz övladına hər zaman qorxmaz mübariz əsgərlərimiz və tariximiz barəsində hekayələr, mahnılar, laylalar, bayatılar, dastan və rəvayətlər danışsınlar.

– Vətəni qorumaq, yeri gələrsə, müharibəyə yollanmaq yalnız kişilərə aiddir?

– Vətənin keşiyində dayanmaq Azərbaycan kişisinə məxsusdur. Bu birmənalı şəkildə belədir. Qadınlar isə öz isti evlərində vətən keşiyində dayanmağı bacaran vətənpərvər övlad böyütməlidirlər.

Düzdür, istisnalar var, ölkədən qaçan kişilər və bununla yanaşı müharibəyə əsgər kimi və ya başqa kömək məqsədilə üz tutan qadınlarımız da var. Hətta onlar arasında qazilər, şəhidlər də var. Bu gün xanımlara ancaq heyrət və qürurla baxmaq olar.

Ancaq, buna baxmayaraq, qadınlarımıza müharibəni yaraşdırmıram. Məncə, ya o vaxta qədər ki, analarımız öz övladlarını namus, qeyrət, ana vətənə sevgi, dəyər hissi ilə yetişdirirlər.. Öndə kişilər gedəcək və müharibəyə kişilər qatılacaq.

– Müharibə qadınlarının psixologiyası necədir?

–Məncə bu bir ağır mövzudur. Qadın bir tərəfdən tərbiyələndirər, ruhlandırarlar, igidlik, kişilik, əzm öyrədirlər və övladlarında olan bu kimi xüsusiyyətlər ilə fəxr edərlər, digər tərəfdən isə bu tərbiyə və aldığı məktəb nəticəsində övladları evi tərk edib təmin müdafiəsinə durar, cəbhəyə yollanar, hətta şəhid olar. Bir tərəfdən özünü qınayar , “mən övladıma başqa cür tərbiyə verə bilməz, böyütməzdim” deyər.

Cəmiyyətimizi iki hissəyə– qadınlar və kişilərə bölsək, belə bir fikir var ki, qadının təbiəti daha həssasdır, kişinin xarakteri isə daha təsiredicidir.
Qadın qorxu, təcavüz, qıcıqlanma hisslərini yaşayır, kişi isə onun yaşadıqlarını hərəkətə köçürür və dağıdıcı hərəkətə çevirir. Mən bununla tam olaraq razıyam.

Mən psixoloq- psixoterapevt kimi deyə bilərəm ki, vətən müharibəsi əksər insanlarda psixoloji cəhətdən öz təsirini qoydu. Qadın, kişi ayrımçılığı olmadan cəmiyyətimizə, həm də arxamızca gələn yeni nəsillərə təsir gücü böyük oldu.
Müharibə ümumiyyətlə, bütün dünya xalqları arasında birmənalı şəkildə xoşagəlməz hal, deyərdim ki, faciəli, fəlakətli hadisədir. Amma bəzən qaçınılmaz ola bilir.

Bizim tariximiz buna bariz nümunədir. 27-30 illik səbr, gözlənti. Əvəzində yersiz qərarlar, səriştəsiz siyasət… Bizi məcbur etdilər ki, müharibə yolu ilə torpaqlarımızı azad edək, etdik də. Zəfər də qazandıq. Sözsüz ki, zəfərlə yanaşı yaralarımız da var. Kimi atasını, kimi övladını, kimi, həyat yoldaşını və ya nişanlısını itirib.

Diqqətimizi bu mövzuyla zərif varlıqlar olan qadınlara yönəltsək, dağılmış ailələr, ümidsizlik, yarıda qalan arzular, nakam xəyallar, məyusluq, 44 gün müharibə dövründə yaşanan qadınlar öz doğmalarına görə qorxu- həyacan, əsəb, gərginlik, stress, ən əsası isə itkilər yaşadılar. Müharibə bir gün başlar, bir gün bitər. Müharibədən fərqli olaraq, yaranan travmalar düzgün müalicə edilməsə, qalıcı və ya inkişaf edici olur.

Psixoloq – EMDR Terapevt Süleyman Məmmədzadə

Aynur Turan

Şərh yoxdur

şərhini yaz