a
Hava:
18 C
clear sky
Baku
humidity: 72%
wind: 5 m/s SSE
H18 • L18
HomeMünasibətlərKişi və qadın münasibətləriSusmaq razılıq əlaməti deyil… 

Susmaq razılıq əlaməti deyil… 

Susmaq razılıq əlaməti deyil…

Qızıl, yaxud gümüş toyunu qeyd etməyə hazırlaşan insanlardan ailə xoşbəxtliyinin sirrinin nədən ibarət olduğunu soruşduqda onların çoxu belə cavab verir: “Başlıcası-bir-birini anlamaq, başa düşməkdir!”

Bəzən kişiləri başa düşmək çətin olur, xüsusən problemlərindən danışmayanda, susanda. “Lal-dinməz”lə normal münasibətləri qoruyub saxlamaq üçün qadınlara hər iki tərəfin yerinə çalışmaq lazımdır. Hazırsınızmı? Onda başlayaq!

Təki susma…
Susmaq-kişilərin bir çox problemlərə geniş yayılmış reaksiyasıdır. Birdəfəlik deyək ki, söhbətimiz təbiətən qaradinməz olan kişilərdən getmir: əgər kişi heç vaxt gözəl nitqi ilə diqqəti cəlb etməyibsə, onda siz onu sözsüz başa düşməyi bacarırsız, ya da onun susmasına öz hisslərini sözlə ifadə etməyi barmamasının təzahürü kimi bazmazsınız.

Susmağı klassik nümunəsi kimi belə davranışı belə göstərə bilərik: qonşu ilə rastlaşan ər onunla saatlarla söhbət edir, yaxud katibə ilə, tibb bacısı ilə, təsadüfi tanışlarla həmsöhbət olur, amma evdə sevimli arvadı ilə münasibətdə lal-dinməzə, daş heykələ çevrilir. Bu ailədə problemin yaranmasına işarədir.
Belə halda munasibətləri qaydaya salmaq asandır-sadəcə olaraq, müxtəlif mövzulara aid monoloqlara fasilə vermək, həmsöhbətinə fikirlərini cəmləşdirib cavab tapmağa imkan yaratmaqdır.
Çalışın ki, bu fasilələr get-gedə çox olsun və müəyyən müddətdən sonra onda söhbət etməyə meyl oyanacaq.
Əgər 1-2 aydan sonra o, yenə də susmağa davam edirsə, onda ünsiyyətə həvəs oyadın: fikirlərilə maraqlanın, məsləhətinizə ehtiyac duyduğunuzu vurğulayın. Amma onu imtahana çəkməyin, maraq dairəsinə aid mövzularda söhbət açın.

Siqaret çəkir və susur…
Uzun müddət xoşbəxt ailə həyatı sürtdükdən sonra kişinin heç nə olmamış kimi birdən-birə susması daha mürəkkəb səbəblərlə izah olunur.
*Öz arzusunun əksinə olaraq vurulmuşdur.Kişilər təbiətcə poliqamdılar (çoxarvadlılıq). Buna görə də, qadınlarla müqayisədə daha tez-tez vurulurlar, hətta ər-arvad münasibətləri onları qane edəndə belə.Bəzən bu, heç məhəbbət də deyil, ani, ötüb keçən hiss olur. Sevən kişinin bu vaxt sərbəst, azad olmaması, əsəbləsdirir, özünü arvadının qarşısında günahkar sayır. Buna görə də arvadının səsi və onu sorğu-suala tutması kişini təbdən çıxarır, özünə qapanma vadar edir.
Kişi susur və bu zaman üzünü bir neçə dəfə təraş edir, dişlərini təmizləyir, ilk dəfə görüşə getdiyi vaxt kimi 3-4 dəfə üstünə odekolon səpir, ətirlənirsə, nə etmək lazımdır?
Ona müstəqil surətdə öz hisslərini ayırd etməyə imkan verin, ürəyinə girməyin. Öz işinizlə məşğul olun, probellərinizi həll edin. Arada gözəllik salonuna baş çəkin (imicinizi dəyişməyin, sadəcə xarici görkəminizə yüngülcə əl gəzdirin) təzə geyim və alt paltarı alın.
1-2 həftədən sonra təzə paltarınızı geyinib əlinizlə teatra, kinoya, ziyarətə getməyə hazırlaşın, sonrakı istirahət günlərində şam süfrəsi açın. Görəcəksiniz ki, o yenə də sizinlədir.
*Depressiya əldən salıb. Əziz xanımlar, yaddan çıxarmayın ki, kişi orqanizmi qadınlara nisbətən möhkəm olsa da, gücünü tez itirir və müxtəlif növ streslərə meyillidir. Buna görə də kişilər depressiyaya məruz qalırlar.
Əgər əriniz özünə qapanıbsa, nə baş verdiyini aydınlaşdırmağa çalışın. Həyat yoldaşınızın mənəvi tarazlığını bərpa, nə baş verdiyini aydınlaşdırmağa çalışın. Həyat yoldaşınızın mənəvi tarazlığını bərpa etmək üçün onu tez- tez dostları ilə ova, balıq tutmağa, ya da kurorta dincəlməyə göndərin.

Şərh yoxdur

şərhini yaz