a
Hava:
13 C
light rain
Baku
humidity: 82%
wind: 9 m/s NNW
H13 • L13
HomeQadın və ictimaiyyətAzərbaycan qadını“Əsrin qadını” adına layiq görülən Zemfira Verdiyeva

“Əsrin qadını” adına layiq görülən Zemfira Verdiyeva

Kembric Universiteti tərəfindən dünyanın 190 ölkəsindən  olan qadınlar arasında   “Əsrin qadını” adına layiq görülən   Zemfira Verdiyeva Respublika Qadınlar Cəmiyyətinin sədri, AMEA – nın müxbir üzvü, professor olub. O, 19 noyabr 1935- ci ildə Tiflisdə anadan olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu bitirdikdən sonra təhsilini İngiltərənin Kembric, Oksford Universitetlərində və Amerikanın Corc Taun Universitetində davam etdirib.
1970-ci ildə Azərbaycan Respublika Qadınlar Cəmiyyətinin üzvü kimi fəaliyyət göstərib.
Dissertasiyasını müdafiə edərək elmlər doktoru adını alıb.
1989-cu ildə Respublika Qadınlar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub. Bu sahədə fəaliyyəti dövründə rəhbərlik etdiyi cəmiyyət  Dünyanın 63 ölkəsinin qadın cəmiyyəti ilə əlaqə qurmağa nail ola bilib.
1990-cı ildə xalqın başına gələn müsibətləri  bütün ölkə və dünya ictimaiyyətinə yayıb.
1990-1985-ci illərdə – Milli Məclisin üzvü olub. Azərbaycan qadınının xarici ölkələrdə siyasi və mədəni əlaqələrinin yaradılmasında böyük fəaliyyət göstərib.1973-1995-ci illərdə Xarici Dillər İnstitutunun rektoru vəzifəsində işləyib.
1990-cı ildə Türkiyə prezidentinin xanımı Səmra Özəl onun dəvəti ilə Bakıya gəlib.
1991-ci ildə Türk Qadını Gücləndirmə və Tanıtma Vaqfının sədri Səlma Özəlin dəvəti ilə respublikanın tanınmış qadınları Türkiyədə səfərdə olublar.
Tez – tez ABŞ, İran, Hindistan, İsrail ali təhsil müəssisələrində  mühazirələr oxuyub. 80-ə qədər elmi məqalələrin müəllifidir.
Dünyanın və Azərbaycanın müxtəlif qəzet və jurnallarda onun haqqında 700-dən artıq məqalə dərc olunub. İki qızı var.
Kembric Universiteti dünyanın 190 ölkəsindən  olan qadınlar arasında məhz  onu “Əsrin qadını” adına layiq gördü. Bu qürurverici qələbəni Zemfira xanım belə şərh etmişdi :  “Əsrin Qadını” adı təkcə mənim qələbəm deyil, ümumən Azərbaycan qadınlarının qələbəsidir.  Bu, Azərbaycan qadınının qələbəsi kimi artıq bu bir tarixdir.
Zemfira Verdiyeva 8 noyabr 2010- cu ildə Bakı şəhərində vəfat edib.
©Umayclub.com
Şərh yoxdur

şərhini yaz