a
Hava:
23 C
clear sky
Baku
humidity: 31%
wind: 7 m/s SSE
H23 • L23
HomeMünasibətlərUşaqların təlim və tərbiyəsiHansı valideyinlərin usaqlari xoşbəxt olur?

Hansı valideyinlərin usaqlari xoşbəxt olur?

Hansı valideyinlərin usaqlari xoşbəxt olur?
Necə etmək olar ki, usaqlar xoşbəxt olsunlar…
Müasir həyatımızın ağır həyat sərtləri; iş, kariyera canfəşanlığı, qazanc dərdi, məisət problemlərinin cox olmağı ailədə usaqlara ayrılan vaxt məhdudiyyətunə səbəb olur. İdeal valideyin övladları ilə səmərəli zaman keçirən onlarla hər bir mövzuda söhbət edə bilərək doğrunu göstərən valideyindir. Bu mövzu barede 2010-cu ilde Amerikanın məhşur tibb məktəbi “Dyuka” 500 insanın istirak etdiyi maraqlı bir arasdırma aparıb.Nəticə isə belə olub: Valideyin sevgisinin və diqqətinin azlığını hiss etməyən uşaqlar uğurlu, sağlam, yüksək özgüvənli, həyatda müəyyən uğurları çox olanlardır. Sevgi və diqqət azlığından əziyyət çəkən usaqlarda isə, əksinə, aqressiya, özünə inamsızlıq və özünəqapanmaq, bədən müqa imətinin aşağı olma halları və s. müşahide olunur. O usaqların çiyinlərində həmisə böyük psixoloji problemlərlə dolu 1 cantalari olur.
Usağı sevgi ilə bəsləmək onun hər ustəyinə əməl etmək demək deyil. Dahi şairimiz Nizami demişkən: “Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da”.
Hər seydə bir limit olmalıdır. Qayğı və sevgini də hər r yaş dövrünə görəə korrektə etmək lazımdır.
Evdə nizam-intizam mütləq olmalıdır. Ancaq uşaqlar buna əməl etməyəndə, yanlış davranışlar göstərəndə belə ona fiziki zor tətbiq etmək, divar küncüne və s. qoyaraq şəxsiyyətini aşağı salmaq, ona səsin yetdiyi qədər yüksək tonla bağırmaq heç bir problemi həll etmir. Usaqları sakit səkildə basa salmaq,
onları səbəbsiz bə tez-tez qucaqlamaq, sevgini, qayğı və diqqəti göstərmək, müəyyən mövzu və hadisələri onlarla bölusmək, bəzi hallarda sözün əsl mənasında möcüzə yaradır. Belə hallarda ən aqressiv uşaq belə zərif ve mehriban olur.
Ailədə yaxsı münasibət usağın psixologiyasına güclü təsir edən bir nüansdır. Bir ailədə qadın xosbəxtdirsə, o ailədə uşaqlar da xosbəxtdir. Bundan əmin olun! Bir atanın usağına verə biləcəyi ən gözəl tərbiyə onun anasını sevmeyi və ona qarşı münasibətləridir. Əziz atalar, cəmiyyətin, ailənin xoşbəxt olmağını istəyirsinizsə, bütün bunlara əməl edin.
Qadın xoşbəxt olarsa, dünya gözəl olar. Uşaqlarınızın xoşbəxt olmağını istəyirsinizsə, xoşbəxt ailənizin olmasına calışın! Bir qadını xoşbəxt edin ki, cəmiyyət sağlam ruhlu uşaqlarla dolsun!
Şərh yoxdur

şərhini yaz