a
Hava:
11 C
clear sky
Baku
humidity: 66%
wind: 1 m/s N
H11 • L11
HomeMünasibətlərQadın,ailə,cəmiyyətGöyçayda kişi keçmiş arvadı və qızına xəsarət yetirib

Göyçayda kişi keçmiş arvadı və qızına xəsarət yetirib

Göyçay rayon sakini keçmiş arvadı və qızına xəsarət yetirərək ölümlə hədələyib.

Qadının əmisi Vaqif Zeynalovun sözlərinə görə, Göyçayda yaşayan qardaşı qızı V.Z. 3 il bundan əvvəl rayon sakini Samir Osmanovdan boşanıb:

“Samir spirtli içki aludəçisidir. Həmçinin o, evdə olan bütün əşyaları aparıb satırdı. Samir hər gün qardaşım qızını döyürdü, buna görə o, 2 qız uşağı ilə ərindən boşandı. Boşanandan sonra da o, qadaşım qızını döyürdü. Mən özün hazırda Bakıda yaşayıram, bu hadisələrə görə neçə dəfə DİN-in “102” Zəng Mərkəzinə zəng məlumat vermişəm. Sahə müvəkkili neçə dəfə gəlib, izahat alaraq gedib.

Sentyabrın 13-ü gecə saat 22:30 radələrində Samir yenə qardaşım qızının yaşadığı ata evinə əlində mətbəxt bıçağı ilə gəlib, pəncərədən içəri daxil olmaq istəyib. V.Z və onun 17 yaşlı qızı qapını tutub ki, Samir içəri daxil olmasın. Hətta Samir “sizi öldürməyə gəlmişəm” deyib. Balaca qızı isə qorxusundan digər otaqda gizlənib və atasının dediklərini də eşidib. Samir böyük qızının qollarını kəsib. Onun qollarına ümumilikdə 14 tikiş vurulub. V.Z isə ciddi xəsarət alıb. Onun ayaq barmağı qapının arasında qalıb, qolları və bədənində xəsarət izi var. Hadisədən sonra onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Sözün düzü həmin vaxt DİN-in “102” Zəng Mərkəzinə məlumat verilmədi. Onlar xəstəxanada olan zaman ora polis əməkdaşı gəlib, qardaşım nəvəsindən izahat alıb. Polisin məcburiyyəti ilə qız deyib ki, qolunu şüşə kəsib. Lakin qardaşım qızından izahat almayıb. Hadisənin səhəri günü biz Bakıdan rayona getdik, onlardan soruşanda bildirdilər ki, “Samir bizi ölümlə hədələdi, evə bıçaqla gəlmişdi”. Qardaşım qızı hadisənin necə baş verdiyi barədə ərizə yazdı, Göyçay Rayon Polis Şöbəsinə apardıq. Polis Şöbəsi bizim ərizəmizi qəbul etmədi və qeydiyyata da salmadı. Biz tələb etdik ki, qardaşım nəvəsinin verdiyi ilkin izahat dəyişdirilib, yenidən yazılsın. Tələbimiz təmin edilmədi. Onları ekspertizaya apardıq, dedilər ki, cavabı bu gün və ya sabah üçün Polis Şöbəsinə göndəriləcək”.

V.Zeynalov qeyd edib ki, ötən gün S.Osmanov Göyçay Rayon Polis Şöbəsindən sərbəst buraxılıb:

“Biz tələb edirik ki, iş qanuni olaraq araşdırılsın, Samir Osmanov cinayət məsuliyyətinə cəlb edilsin. Burada bir cinayət hadisəsi baş verib, lakin hələ də cinayət işi açılmayıb. Xahiş edirik ki, işə məsuliyyətlə yanaşılsın”.

Məsələ ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, hadisə günü Samir Osmanov 2017-ci ildə boşandığı – keçmiş həyat yoldaşı Z.V-nın yaşadığı evə sərxoş vəziyyətdə gəlib:

“Evdə onun keçmiş həyat yoldaşı ilə 2 qızı yaşayır. Qapı bağlı olub. Samir Osmanov qapını vurub açmaq istəyəndə şüşəsi sınıb. Onun qızının da qolu sınan şüşədən kəsilib. Xəsarətlərə görə ekspertizalar təyin edilib. Hazırda Göyçay Rayon Polis Şöbəsində araşdırmalar aparılır”.

Report.az

Şərh yoxdur

şərhini yaz