a
Hava:
22 C
clear sky
Baku
humidity: 33%
wind: 9 m/s N
H22 • L22
HomeƏn son xəbərlərTanınmış rusiyalı aparıcı vəfat etdi

Tanınmış rusiyalı aparıcı vəfat etdi

Rusiyanın Əməkdar mədəniyyət işçisi Mixail Borisov 71 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə Boris Şukin adına Teatr İnstitutunun saytında məlumat verilib.

Borisovun qohumları onun ölümü barədə məlumatları təsdiqləyiblər.

Vəziyyəti qəflətən teatr səhnəsində pisləşən M.Borisov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Teatr xadiminə ağciyərlərin iltihabı diaqnozu qoyulub.

Sovet və rus aktyoru, rejissor və teleaparıcı Mixail Borisov tamaşaçı yaddaşında daha çox 1994-cü ildən aparıcısı olduğu “Russkoye loto” ilə qalıb. “Russkoye loto”nun növbəti buraxılışlarını İrida Xusainova, İnna Voronina və Viktoriya Panina aparacaqlar.

etiketlər
Şərh yoxdur

şərhini yaz