a
Hava:
21 C
clear sky
Baku
humidity: 43%
wind: 7 m/s SSE
H21 • L21
HomemütailəŞəxslərDünyaya Atatürk bəxş edən ana – Zübeydə ana

Dünyaya Atatürk bəxş edən ana – Zübeydə ana

Dünyaya Atatürk bəxş edən ana – Zübeydə ana

O, “Fəqət sən Vətəni və ulusu fəlakətdən qurtaran komandan və dövlət başçısısan” deyərək övladı qarşısında sayqı duran anadır.

Zibeydə xanım Türk dünyasının qəhrəman oğlu, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün anasıdır (1857-1923) cür illərdə yaşamışdır.

Qurtuluş savaşında oğlunun yanında olub, ona dəstək verən Zübeydə xanım 1922-ci il iyulun 27-də Atatürkə marşal rütbəsi və Qazi ünvanı verilməsi münasibətilə göndərdiyi teleqramda yazırdı: “Millətin haqqınızda kı bu sevgi və etimadı mənim qədər kimisə duyğulandıra bilməz. Qız qardaşınla ( kiçik bacı) bərabər alnından öpür, bağrımıza basaraq səni təbrik edirik”.

Atatürkün anasına göndərdiyi cavab teleqramı da çox sadə və dəyərlidir: “Mənim üçün dünyəvi mükafatların ən yüksəyi olan təbriki izlə məsud oldum”.

Zübeydə xanım Selanikdə Fəzlullah ağa Sofizadənin zəhmətkeş ailəsində dünyaya göz açmışdır. Həyatın hər cür məşəqqətinə, əzabına sinə gərəbn bu qadın 1870-ci ildə Əli Rza Əfəndi ilə ailə qurmuş, türk eline Fatma Əhməd, Ömər, Makbulə və Mustafa adında beş övlad bəxş etmişdir.

Övladının böyüklüyü qarşısında ona sayğı duymaq ehtiyacı hiss edən Zübeydə ana oğlunun əlini öpmək istədikdə Atatürk “nə edirsən, ana”-deyib əlini çəkməyə çalışdı.

Bu zaman Zübeydə xanım oğluna belə deyir: “Mən sənin anam, elmi öpməklə mənə qarşı övladlıq əsəbini göstərirsən. Fəqət sən Vətən və xalqı fəlakətdən xilas edən komandan və dövlət başçısısan. Mən də bu xalqın bir vətəndaşıyam. Ona görə də əlini öpə bilərəm”.

Aynur Turan

Şərh yoxdur

şərhini yaz