a
Hava:
16 C
clear sky
Baku
humidity: 88%
wind: 4 m/s SSE
H16 • L16
HomeMünasibətlərAna və uşaqNitq qüsurlarının səbəbləri

Nitq qüsurlarının səbəbləri

Nitq qüsurlarının səbəbləri.

Nitq qüsurlarının səbəbləri.
Qeyd etmək lazımdır ki, nitqin pozulması, onun inkişafının ən böhranlı mərhələlərində 1 yaşla 2 yaş arasında 3 yaşında və 6-7 yaşlarında baş verə bilər.
Nitqin patologiyasını aşağıdakı səbəblərlə xarekterizə etmək olar:
1. Dölün inkişafında pozulmalara səbəb olan müxtəlif bətndaxili patalogiyalar. Nitq ən kobud qüsurları dölün inkişafının 4 həftəsindən-4 ayına qədərki mərhələdə yaranan mənfi təsirlər nəticəsində meydana gəlir. Nitq qüsurunun baş verməsi hamiləlik zamanı güclü toksikoz, viruslu və endokrin xəstıliklər, zədələr (psixi və fiziki), ananın düzgün qidalanmaması, rezus-faktora görə qan uyğunsuzluğu və digərləri səbəb ola bilər.
2. Doğuş zədələri və asfiksiya (nəfəs almanın pozulması nəticəsində beynin oksigen çatışmazlığı) nəticəsində uşağın kəllədaxili qansızmaları nitq qüsurlarının yaranmasına gətirirb çıxara bilər.
3. Uşağın həyatının birinci ilində keçirdiyi müxtəlif xəstəliklər. Beynin zədələnmə vaxtından və lokallaşmasından asılı olaraq, nitq qüsurları müxtəlif cür özünü göstərir. Nitqin inkişafına ən çox zərər verən faktorlardan biri mütəmadi yoluxucu-viruslu xəstəliklər, meninqo-ensefalit və ilkin mədə-bağırsaq pozulmalarıdır.
4. Kəllənin beyin silkələnməsi ilə müşayiət edilən zədələnmələr.
5. İrsilik. Bu halda qüsurları ümumi səbəb sisteminin pozulmasının yalnız bir hissəsini və intelektual hərəkət çatışmazlıqlar ilə uyğunlaşmasını təşkil edəcəkdir.
6. Sosial-məişət şəraitinin əlverişli olmaması vegetativ disfunksiya, emosional-iradi pozğunluqları və nitq inkişafındakı kəsirlər nitq qüsurlarının yaranmasına səbəb ola bilər, göstərdiyimiz bütün bu səbəb və bu səbəblərin bir-birinə qovuşması nitqin müxtəlif tərəflərinin pozulmasını şərtləndirir.
Nitq qüsurlarını yaradan səbəbləri araşdırarkən nitq qüsurları ilə mühafizə edilmiş analizator və onların funksiyaları arasındakı münasibətləri də nəzərə almaq lazımdır. Onlar korreksiya təlimində kompensasiya üçün əsas mənbə təşkil edirlər.
https://t.me/SaglamTehsil

 

Şərh yoxdur

şərhini yaz