a
Hava:
23 C
clear sky
Baku
humidity: 31%
wind: 3 m/s W
H23 • L23
HomeƏn son xəbərlərKönlü təbiətlə bir olan qadın–Firəngiz Rüstəmova

Könlü təbiətlə bir olan qadın–Firəngiz Rüstəmova

 

Kitab bilik mənbəyi, qiymətli elm xəzinəsidir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi milli sərvət, mənəvi dəyərdir. Bəşəriyyətin bütün həyatı kitabla özünü tapmışdır.Kitab mədəniyyətdir, kitab mənəvi sərvətdir, kitab inkişafdır, tərəqqidir.

Qəbilələr, dövlətlər, insanlar zamanla yox olub getsə də, kitablar daim yaşamaqdadır.

Hər bir insan özünün, toplumun, cəmiyyətin mənəvi dünyasını kitab vasitəsilə yeni nəslə çatdırır. Ən başlıcası isə, kitab əməkdir, ayların, illərin əməyi…

Firəngiz Rüstəmova aylarını, illərini– bütövlükdə ömrünün böyük hissəsini kitablara ayıran, arayıb- axtarıb hər dürrdən bir zərrə toplayıb kitablara köçürən və onu geniş oxucu kütləsinə təqdim edən günümüzün yaradıcı qadın yazarlarındandır.

İxtisasca mama- ginekoloq olan Firəngiz Rüstəmova Avropa Təbii Elmlər Akademiyasının üzvü və eyni zamanda bir neçə kitabın– “Hor sivilizasiyası və onun günümüzdə izləri”, ” Tanrılar yurdu vətənim Azərbaycan və düşüncələrim”, “Qadın xəstəlikləri müalicəsində dərman bitkilərinin rolu”, “Ginekoloqun gündəliyindən” , “Al Madan Al Anaya” adlı kitabların müəllifidir.
Son ildə Firəngiz xanım nəfis şəkildə çap olunmuş iki fərqli, aktual mövzuların yer aldığı kitablarını oxuculara təqdim edib.

 

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Folk və ya xalq təbabəti” və “Təbabət və mifologiya: görünən və görünməyən əlaqələr” adlı kitablar müəllifin təbiətlə qəlbinin vəhdətindən yaranmış gözəlliyin məhsuludur, desək, yanılmarıq.
Kitabı oxuyarkən bizə elə gəlir ki, sanki ana təbiət vurğunu, çiçəklərə, bitkilərə könül vermiş Firəngiz xanım əlimizdən tutaraq oraya, təbiətin sirli, sehirli bitkilərini tanımağa, dərk etməyə apararaq bizə bələdçilik edir.
Bu kitabla biz insanın təbiətin bir parçası olduğunu və daim təbiətlə vəhdətdə, harmoniyada olduğunun şahidi oluruq. Hər iki kitabı oxucularına təqdim edən müəllif bildirib ki, oxucu diqqəti, oxucu sevgisi onu daha da ruhlanıdırır və yeni-yeni araşdırmalara sövq edir.

Pandemiya şərtlərinə uyğun olaraq
həyata keçirilən tədbirdə iştirak edən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, politoloq, Əməkdar jurnalist Aynur Camalqızı, Əməkdar jurnalist, AQSİA İdarə Heyətinin üzvü Mətanət Ağamirli, Yazıçı jurnalist Şərəf Cəlilli, AQSİA İdarə Heyətinin üzvü Pərvanə İsgəndərova və başqaları öz çıxışlarında kitabla bağlı yüksək fikirlərini bildirərək, kitabların ictimaiyyət üçün, xüsusilə qadınlar üçün ciddi çəkisindən, gərəkliliyindən bəhs etdilər.

 

Firəngiz Rüstəmovanın yaradıcılığını şərh edən natiqlər müəllifə yeni- yeni uğurlar arzuladılar.

Biz də umayclub.com qadın saytı olaraq, Firəngiz xanımı təbrik edir, nailiyyətlər arzulayırıq.

 

Şərh yoxdur

şərhini yaz