a
Hava:
14 C
broken clouds
Baku
humidity: 88%
wind: 5 m/s SSE
H14 • L14
HomeUmayClub.comElanlar“Qabarlı əllərin möcüzələri” adlı onlayn sərgi-satış yarmarkası keçiriləcək

“Qabarlı əllərin möcüzələri” adlı onlayn sərgi-satış yarmarkası keçiriləcək

“QABARLI ƏLLƏRİN MÖCÜZƏLƏRİ”

BMT-nin Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi Qətnamənin prinsiplərinə uyğun olaraq dünyada olduğu kimi, ölkəmizdə də hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə yaxından tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.

Həyatı uzun və mənalı ömür yolu keçmiş ahıllarsız təsəvvür etmək mümkün deyil. Öz böyük həyat təcrübəsi ilə varlığımızı mənalandıran, həyatımıza rəng qatan, hər birimizə örnək verən, gənc nəslə nümunə olan ahıllar həm cəmiyyətin, həm də onun ayrılmaz tərkib hissəsi olan ailənin möhkəmliyi deməkdir.

Yaşlı insanların təcrübəsindən bəhrələnmək, onlara diqqət və qayğı göstərmək, sevmək və əzizləmək, həyata baxışlarını dəyərləndirmək olduqca vacibdir. Onların qocalıq dövründə heç kəsə gərəkli, heç nəyə qadir olmadıqlarını düşünmək – səhv anlayışdır.

Bu fikri bir daha təsdiqləmək, yaşlı insanların çox şeyə qadir olduqlarını vurğulamaq məqsədiə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi 1 oktyabr Beynəlxalq Ahıllar Günü ərəfəsində “QABARLI ƏLLƏRİN MÖCÜZƏLƏRİ” adlı xeyriyyə tədbiri – yaradıcı yaşlı insanların rəsm və əl işlərindən ibarət onlayn sərgi-satış yarmarkası keçirir.

Sosial şəbəkə istifadəçilərini Aybəniz Rəhimovanın, Ceyran Hüseynovanın, Kəmalə Məmmədovanın, Kübra Məmmədovanın, Ləyaqət Ağayevanın, Məhbubə Fərəcovanın, Sevinc İsayevanın, Zakirə Bağırovanın, Nisə Məhərrəmovanın, Səlimə Rəhimovanın əl işləri, Seylan Məmmədovanın rəsmləri ilə tanış edirik.

Həyat eşqini qabarlı əlləri ilə yaratdıqları möcüzələrdə bacarıqla və həvəslə ifadə edən ağbirçəklərimizin gözlərinə nur, əllərinə sağlıq diləyirik.

Bu incə zövqlü xanımların yaradıcılıq nümunələrini əldə etməklə onları sevindirmək istəyənlər “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinə müraciət edə bilərlər.

Email poçt ünvanı: rita.aliyeva@bk.ru

Əlaqə nömrəsi: (055) 743 44 49

Ruhiyyə Məmmədova,

“Ahıllara və Tənhalara Dəstək”

İctimai Birliyinin sədri

Şərh yoxdur

şərhini yaz