a
Hava:
20 C
clear sky
Baku
humidity: 52%
wind: 12 m/s NNW
H20 • L20
HomemütailəŞəxslərAzərbaycanın ilk və son ordu generalı Səməd bəy Mehmandarov

Azərbaycanın ilk və son ordu generalı Səməd bəy Mehmandarov

Azərbaycanın ilk və son ordu generalı Səməd bəy Mehmandarov

Azərbaycanın ilk və son ordu generalı, dalbadal dörd hökumətdə hərbi nazir postunu tutmuş Səməd bəy Mehmandarov Azərbaycanın taleyində çox böyük rol oynamış, Əliağa Şıxlinski ilə birgə ilk müstəqil respublikanın 35 min nəfərlik ordusunu yaratmış və bununla xalqın özünümüdafiə imkanlarını yenidən özünə qaytarmış bir şəxsiyyətdir.

Hərblə tanışlığı 16 yaşında ikən Peterburqda yerləşən ikinci Konstantinovka artilleriya məktəbinə daxil olması ilə başlayan Mehmandarov

1917-ci ilin aprel ayında istefaya çıxarkən Rusiyanın “Stanislav”, “Anna”, “Vladimir” və “Georgi” ordenlərinin bütün dərəcələrinə layiq görülmüş, İngiltərə, Fransa, Rumıniya və İranın ordenlərini almışdı. Onun Jitomirli Yelizaveta Nikolayevna Teslavla ailə qurması, Port-Arturda qalanın xəyanətkarcasına təslim edilməsindən sonra rus-yapon mülıaribəsində əsir düşərək 1904-1906-cı illərdə Yaponiyaya aparılıb və buradan Portsmut müqaviləsi bağlandıqdan sonra qayıtması faktları da məhz həmin vaxt aralığına təsadüf edir .
Birinci Dünya müharibəsindən qayıdan 15 minə yaxın azərbaycanlı Səməd bəy Mehmandarovun ətrafına toplaşmış, döyüşkən Azərbaycan generaliteti yaranmışdır.

Hərbiyyə naziri olan kimi Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi salamlaşma haqqında əmr verir: «..əsgərlərin Azərbaycan türkcəsində salamlaşması – bir sözlə, – «Salam», cavabının isə «Əleyküm salam» olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: «Mərhaba!», əsgər cavab verməlidir: «Çox sağ ol!». Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 25 fevral 1919-cu il tarixli «Hərbi Nazirliyin ştatları haqqında Qanun»un Milli Ordu quruculuğunda önəmli əhəmiyyəti olmuşdur.

1920-ci ilin mayında Gəncə qiyamından sonra həbs edilən Mehmandarov Şıxlinski ilə birlikdə Nəriman Nərimanovun köməyi sayəsində ölümdən xilas edilərək avqustun 1-də Moskvaya göndərilirlər. O, N. Nərimanovun Leninə yazdığı şəxsi zəmanət məktubu əsasında, bir il Moskvada hərbi fəaliyyətini davam etdirmiş, artilleriya nizamnaməsi hazırlayan komissiyanın tərkibinə daxil edilmiş, Hərbi Akademiyada taktikadan dərs demişdir. Bir il sonra Bakıya qayıdan general burada Azərbaycan Hərbi Komandirlər Məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir. Bu tarixi sənəd AR Pİİ SSA-də qorunub saxlanılır (AR Pİİ SSA, f.1, siy.609, iş 71, vər.57-58)

General Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat etmiş, keçmiş Çəmbərəkənd qəbristanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn olunmuşdu. 1939-cu ildə bolşevik Kirova heykəl qoyulanda həmin qəbristanlıq dağıdılıb. O zaman generalın ailəsi sürgündə olduğundan sərkərdənin qəbri başqa yerə köçürülməmiş və yerlə-yeksan edilmişdir.

Hazırda Səməd bəy Mehmandarovun 1918-1931-ci illərdə yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulub. Bakıda bir küçə və Xəzər dənizində üzən tankerlərdən biri Səməd bəy Mehmandarovun adını daşıyır.

©Umayclub.com

Şərh yoxdur

şərhini yaz