a
Hava:
14 C
clear sky
Baku
humidity: 51%
wind: 3 m/s W
H14 • L14
HomePoeziyaHekayə və əhvalatlarÜç riyaziyyatçı və üç fizikçi haqqında əhvalat

Üç riyaziyyatçı və üç fizikçi haqqında əhvalat

Üç riyaziyyatçı və üç fizik qatarla başqa bir şəhərə, elmi konfransa getməyə hazırlaşır. Onlar vağzalda görüşür, fiziklər hərəyə bir bilet, riyaziyyatçılar isə üç nəfərə bir bilet alırlar.

Fiziklər soruşur:
– Siz üç nəfərə bir biletlə necə gedəcəksiz, kontroller qovacaq sizi.
Riyaziyyatçılar sakitcə cavab verirlər:
– Bizim öz metodumuz var.
Beləliklə, qatar yola düşməmişdən qabaq fiziklər hərəsi öz yerində oturur və riyaziyyatçıların “metod”unu izləməyə başlayırlar. Riyaziyyatçılar isə hamısı eyni ayaq yolu kabinəsinə girirlər, kontroller qapını döyəndə qapı azca aralanır və ordan bir əl bileti çıxardır. Kontroller bileti götürür və az sonra ayaq yolundan çıxan riyaziyyatçlar problemsiz yola düşürlər.

Konfransdan sonra yenə vağzalda görüşən fiziklər riyaziyyatçıların “metod”undan həvəslənərək üç nəfərə bir bilet alırlar. Riyazıyyatçılar isə deyirlər “bizə bilet lazım deyil – bizim öz metodumuz var”
Qatarda fiziklər bir ayaq yolu kabinəsinə, riyaziyyatçılar isə digər kabinəyə doluşurlar. Qatar yola düşməmişdən öncə riyaziyyatçılardan biri fiziklər gizlənmiş ayaq yolu kabinəsinə yaxınlaşır və qapını döyür. Qapı azca aralanır və ordan bir əl bileti çıxardır. Riyaziyyatçı bileti götürür və kolleqaları olan kabinəyə gedir…

Xəyyam Ağa

Şərh yoxdur

şərhini yaz