a
Hava:
20 C
clear sky
Baku
humidity: 52%
wind: 4 m/s SSE
H20 • L20
HomeQadın və ictimaiyyətQadın varsaMüharibə illərində tarixin özünə qalib gələn Azərbaycan qadını

Müharibə illərində tarixin özünə qalib gələn Azərbaycan qadını

Tarixin özünə zəfər çalan Azərbaycan qadını
Azərbaycan qadınları müharibə və quruculuq illərində fədakarlıq nümunəsini göstərib on cəbhədə düşmənə qənim, arxada vətənə dayaq olublar.
1941-1945-ci illər müharibəsində qadınların ordu sıralarında qulluq etmələri könüllülük xarakteri daşımışdır. Bu sahədə qadın tibb bacılarının döyüş meydanlarında yaralılara təcili yardımları xüsusi əhəmiyyət kəsb etmişdir
Ümumiyyətlə, yaşadığı tarixi dövrdən onun sosial-iqtisadi vəziyyətlərindən, coğrafi məkanından, irqindən, dilindən, dinindən asılı olmayaraq, qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə kimi tanınmışdır. Onlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər.
Azərbaycan qadın və qızları1941-1945-ci illər müharibəsində xüsüsi dəyanətləri ilə seçilmişlər 10 min nəfərdən çox azərbaycanlı qızı cəbhəyə getmişdir. Onlar döyüş təyyarələrini, tankları idarə etmiş pulemyotçu və Topçu, avtomatçı və snayper, tibb işçisi, rabitəçi olmuşlar.
Azərbaycan qadınları ön və arxa cəbhədə fədakarlıq, hünər, qəhrəmanlıq göstərmişlər. Arxa cəbhədə qadınlar neft buruqlarında, dəmir yollarında, kənd təsərrüfatı texnikası-traktor, kombayn sükanında hospitallarda və başqa sahələrdə də kişiləri əvəz etmişlər.
İlk qadın təyyarəcimiz, milli aviasiyamızın ilk “göyərçinləri” – Leyla Məmmədbəyova 1930-1931-ci illərdə Bakı Aviasiya Məktəbində təyyarəçi-təlimatçı ixtisasına yiyələnmiş, Bakı aeroklubunun yaradıcılarından və müəllimlərindən biri olmuşdur. O, təkcə Azərbaycan tarixində deyil, Qafarzadə, Cənubi Avropa və Yaxın Şərqdə ilk qadın təyyarəçi, aviasiya mayoru rütbəsinə yiyələnmişdir.
1932-ci ildə Moskva Mərkəzi Aviasiya Məktəbində təhsilini davam etdirən Leyla 1933-cü ildə Moskva Mərkəzi Aviasiya Məktəbində təhsilini davam etdirən Leyla 1933-cü ildə Moskvanın Tuşino aerodromunda “U-2” təyyarəsindən paraşütlə atılaraq Nina Kamnevadan sonra SSRİ- nin ikinci qadın paraşütçüsü adına sahib olmuşdur.
Sonralar hərbiçi peşəsini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir. Yetkinlik yaşına çatmamış olduğundan Məmmədbəyovanı döyüşə aparmayıblar. O, müharibə illərində yüzlərlə desant və 4 min paraşütçü hazırlayaraq cəbhəyə yollayıb. Yetirmələri arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adını alan da vardır.
Sona Nurayeva da ilk təyyarəçi qadın olub. O, Bakı təyyarə klubunda yetişib, 1936- cı ildə Batays təyyarəçilik məktəbini bitirib, Azərbaycan Mülki Aviasiya idarəsinin təyyarəçisi olub.1941-1945- ci illər müharibəsində iştirak etmiş, döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə görə 1944-cü ildə”Şərəf nişanı” ordeni ilə təltif olunub. Müharibədən sonrakı həyatını Azərbaycan mülki aviasiyasına həsr etmişdir.
Züleyxa Seyidməmmədova ilk azərbaycanlı qadın hərbi təyyarəçi kimi adını tarixə yazmışdır. O, 1934-1938- çi illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil almaqla yanaşı, Bakı aeroklubunda ilkin uçuş vərdişləri qazanmışdır. 1941-ci ildə isə Jukovsi adına Moskva Hərbi-Hava Akademiyasını bitirib.
1941-1945- ci illər müharibəsində düşmənin ” gecə əcinnələri” adlandırdığı qırıcı qadın aviapolkunun komandir müavini olmuş, 500 – ə qədər döyüş əməliyyatlarında iştirak etmişdir. İkinci dərəcəli “Böyük Vətən Müharibəsi”: ordeni və “Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif olunmuşdur. Ordudan Aviasiya kapitanı rütbəsi ilə tərxis olunan Z. Seyidməmmədova ömrünün qalan hissəsini doğma Azərbaycanın inkişafına həsr etmişdir.
Cəsur qadın təyyarəcilərimiz haqqında danışarkən Ziba Dadaşovanın və Zərifə Qasımovanın adlarını çəkməmək olmur.
1941-1945- ci illər müharibəsində Bakını mühafizə edən xüsusi aviadəstənin tərkibində bu qızlar da şücaət göstərmişlər. Dürrə Məmmədova 1941-1945- ci illər müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibbi xidməti əlaçısı olmuşdur.1981-ci ildə Azərbaycan SSRİ əməkdar səhiyyə işçisi adını almışdır. Müharibənin ilk günlərindən könüllü cəbhəyə gedib, Qara Dəniz Donanmasında hərbi hospitala çalışıb, Novorosssiysk uğrunda gedən döyüşlərdə 28-ci ordunun tərkibində tibbi işçi kimi iştirak edib.1948-ci ildə ordudan tərxis olunub, 1949-1951-ci illərdə Leninqradda (Sank-Peterbuurqda), 1951-1961-ci illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləyib, orden və medallarla təltif olunub.
Aliyə Rüstəmova 1941-1945- ci illər müharibəsi qəhrəmanı, partizan hərəkatının iştirakçısı olub.1935-ci ildə 1-ci Leninqrad Tibb İnstitutunu bitirdikdən sonra Özbəkistan da işləyib. 2938-ci ildən isə o, Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışıb. Müharibənin ilk günlərindən Moskva,sonra Smolensk yaxınlığında meşələrində fəaliyyət göstərən “Deduşka” partizan dəstələrinə qoşulan Aliyə Rüstəmbəyova tibb-sanitar batalyonunun rəisi işləyib.
Müharibə illərində digər bir qadın qəhrəmanımız– gəmi kapitanı Şövkət Səlimova 1940- cı ildə Bakı Dənizçilik Məktəblini bitirib. O, Xəzər Dəniz Gəmiçiliyi idarəsində gəmi kapitanının müavini və daha sonra gəmi kapitanı vəzifəsində çalışıb.Şövkət Səlimova müharibə illərində gəmi ilə neft, silah daşınmasında böyük əməyi olan şəxslərdəndir. Müharibə illərində dünyada iki gəmi qadın kapitanından biri olub. “Qırmızı Ulduz” və 2-ci dərəcəli “Vətən müharibəsi” ordenləri ilə təltif edilib.
Dəhşətli günlərdən illər keçsə də, ölüm saçan güllələrdən həyatını xilas edə bilmiş və bu gün aramızda olan qadınlarımızdan Fatma Səttarova, Tacirə Qazıyeva, Mariya Rzayeva, Adilə Ağakişiyeva, İrina Qədimova, Vera İbrahimovanın adlarını çəkə bilərik.
Fatma Səttarova 20 yaşında tibb bacısı olaraq Azərbaycan oğulları ilə bərabər könüllü cəbhəyə getmişdir. Müxtəlif hospitallarda işləyib, həmçinin Leninqrad blokadasında və Moskvaətrafı döyüşlərdə olmuşdur. Müharibə qurtardıqdan sonra vətənə qayıdıb ali təhsil almış, və dövlət idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
Mariya Rzayeva 18 yaşında cəbhəyə könüllü getmiş, döyüşlərdə iştirak etmişdir. Stalinqrad ( indiki Volqoqrad) uğrunda döyüşlərdə Mariya Rzayevanın eşitmə və görmə qabiliyyəti yüksək olduğundan, zent artilleriyası üçün kəşfiyyatçı işinə cəlb etmişlər.
Azərbaycan anaları müharibədə tarixi qələbənin qazanılmasında 7000 mindən çox igid oğullarını, qeyrətli qızlarını düşmənə qarşı döyüşə yola salmışdır. Müharibədə Azərbaycan oğul və qızlarının faşizmin məhv edilməsində göstərdikləri qəhrəmanlıqlar onların həyat tərzi və fəaliyyəti gənclərimiz üçün əsl nümunə, vətənpərvərlik məktəbidir.
Müharibə illərində Azərbaycanın kənd təsərrüfatının idarə edilməsində, bol məhsul istehsal olunmasında da zəhmətkeş qadınlarımızın əməyi danılmazdır.
Müharibə illərində yazıçı və şairlərimizlə bərabər Respublikanın incəsənət işçiləri, o cümlədən sevimli müğənnilərimiz Şövkət Ələkbərova, Rəhilə Həsənova, Elmira Rəhimova, Sara Qədimova, Rübabə Muradova, Tükəzban İsmayılova, Fatma Mehrəliyeva, Leyla Bədirbəyli, Həqiqət Rzayeva, Nərminə Məmmədova, bəstəkar Şəfiqə Axundova və s. cəbhə bölgəsinə gedərək, əsgərlər qarşısında konsertlər vermiş və onları mənəvi cəhətdən ruhlandırmışlar.
Müharibədən sonrakı quruculuq illərində də qadınlarımız öz bilik və bacarıqlarını Azərbaycan dövlətinin inkişafına sərf etmişlər. Tibb elmləri doktoru akademik Zərifə Əliyeva, tibb elmləri doktoru Adilə Namazova, Azərbaycan Dövlət Tibb Universitetinin keçmiş rektoru professor Zəhra Quliyeva, tibb elmləri doktoru Zəkiyyə İsmayılova, yazıçı Əzizə Cəfərzadə, dövlət və ictimai xadim Zemfira Verdiyeva, tarixçi alim akademik Nailə Vəlixanlı, Sosialist Əməyi Qəhrəmanı Şamama Əliyeva, Azərbaycan Respublikasının Ali Məhkəməsinin keçmiş sədri Südabə Həsənova, Respublikanın Əməkdar hüquqşünası Əfşən Əfəndiyeva, Şəfiqə Əliyeva, Gülzar Rzayeva,SSRİ xalq artisti Zeynəb Xanlarova, tanınmış alim Sara Aşurbəyli, tarix üzrə fəlsəfə doktoru keçmiş kafedra müdiri Firdovsiyyə Əhmədova və digərləri Azərbaycan xalqının fəxridirlər.
Çox təəssüflər olsun ki, tarixdə bəzi xoşagəlməz hadisələr təkrar olunur. SSRİ – nin dağılmasından ermənilər ustalıqla istifadə edərək, dinc quruculuq illərində əmin-amanlığı pozdular. Ərazilərimizin 20%-i Ermənistan tərəfindən işğala məruz qaldığına görə Azərbaycan qadını müasir dövrdə də yenidən müharibə şəraitində yaşayır, kişilərlə bərabər çalışır, düşmənlərimizə qarşı mübarizə aparır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində yüzlərlə qadınının şəhid olmuşdur.
Salatın Əsgərova, Gültəkin Əsgərova kimi qadınlarımız ölümlərindən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşlər. Qaratel Hacımahmudova isə Qazaxda könüllü olaraq ana torpağın müdafiəsinə qalxıb.1993-cu ildə Aşağı Əskipara kəndində mühasirəyə düşüb, güclü atışmada əsgərlərimizə kömək edib. Sonda düşmən əlinə keçməmək üçün axırıncı gülləsini özünə sıxıb. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Bütün bunlarla yanaşı, onu da qeyd etməliyik ki, məhz Ermənistanın təcavüzkarlığı nəticəsində 500 mindən çox qadın, 300 mindən çox uşaq qaçqın və məcburi köçkün düşmüşdür. Onlardan yüz minlərlə qadın və qızlarımız öz evini itirmiş, ailələri dağılmışdır. Bu gün qaçqın və məcburi köçkün, həmçinin şəhid ailəsi olan və müharibənin ağırlığını çiyinlərində daşıyan qadınlarımızın fədakarlığını xüsusi qeyd edirik.
Ordumuzun qazandığı uğurlar bütün millətimizi, xüsusilə qadınlarımızı sebindirmişdir. Onlar bütün dövrlərdə vətənə, xalqa, millətə və ailəyə böyük məhəbbət və sevgi ilə bağlıdırlar.
Şərh yoxdur

şərhini yaz