a
Hava:
19 C
clear sky
Baku
humidity: 48%
wind: 3 m/s S
H19 • L19
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAzərbaycanın ilk qadın kinorejissoru, ssenaristi- Qəmər Salamzadə

Azərbaycanın ilk qadın kinorejissoru, ssenaristi- Qəmər Salamzadə

Azərbaycanın ilk qadın kinorejissoru, ssenaristi- Qəmər Salamzadə
1908-ci ildə anadan olan Azərbaycanın ilk qadın kinorejissoru, ssenaristi Qəmər Əliqulu qızı Salamzadəni əmisi Rzaqulu Nəcəfov tərbiyə edərək böyüdüb. Şair Əliqulu Qəmküsarın qızı olan Qəmər xanım elə bir vaxtda özünə kinorejissorluq sənətini seçmişdi ki, hələ də Azərbaycanda qadınlar köhnəlik buxovundan bütövlükdə xilas olmamışdılar.
Qəmər xanım Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirib. O, ötən əsrin əvvəllərində dünyada məşhur olan rejissorlarla görüşüb, onların emalatxanasında rejissorluq sənətini öyrənib. Arzusu milli kinomuzun inkişafına xidmət olsa da 30-cu illərin repressiyaları bu xanımın geniş fəaliyyət göstərməsinə mane olub. Üzləşdiyi təzadlar təbii ki, onu da sarsıdıb. Çox vaxt azərbaycanlı xanımı hansısa çəkiləcək bir filmə rejissor təyin etsələr də son anda ya bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirib. Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılmış atası Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olub.
Şərh yoxdur

şərhini yaz