a
Hava:
15 C
clear sky
Baku
humidity: 67%
wind: 6 m/s NW
H15 • L15
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAzərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı – Hənifə Məlikova

Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı – Hənifə Məlikova

Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və təsadüfı deyil ki, bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. Zadəgan ailəsində böyümüş, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım, xalqın maarifləndirilməsi yolunda olmazın əziyyətlərə qatlaşıb. O, öz mənzilində uşaqlara dərs deməklə  yanaşı, oba-oba, ev-ev gəzib qadınlara tikmək, yazıb-oxumaq öyrədib. Eyni  zamanda Hənifə xanım rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, ayrı-ayrı obalarda qadın məsləhətxanaları təşkil edirdi. Deyilənlərə görə, o, Zərdab əhlindən 132 nəfəri ömürlük kor olmaqdan xilas edib. Həsən bəy Zərdabinin ən böyük arzularından biri də Bakıda müsəlman qız  məktəbinin açılması olub. Onun bu arzusunu böyük xeyriyyəçi Hacı Zeynalabdin  Tağıyev həyata keçirir. Belə ki, onun şəxsi  hesabına Bakıda qız məktəbi tikilir. Məktəbdə müdirə kimi işləmək üçün müsəlman qadın yox idi. Bundan bu elə bir dövr idi ki, məktəbdə işləmək və təhsil almaq təhlükəli idi. Məsələn, deyilənlərə görə, Bakıda, İçərişəhərdə Axund Hacı Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz üstə öldürüblər. Belə bir mühitdə Hənifə xanım heç nədən, heç kimdən qorxmadan qız məktəbində müdirə işləməyi öz üzərinə götürərək, burada oxuyan qızlara mənəvi ana olmuşdu.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz