a
Hava:
27 C
clear sky
Baku
humidity: 19%
wind: 7 m/s SSE
H27 • L27

Su həyat– həyat su

Su həyat– həyat su
Su içək
Suyun vücudumuzun az qala 70%-ni təşkil etməsi faktı orqanizmamız üçün əhəmiyyətini yəqin ki ortaya qoyur. Amma su içmək qədər suyu düzgün içmək də çox vacibdir, xüsusən arıqlama zamanı. Sizə suyun düzgün içilməsi haqqında bir neçə qayda deyəcəyik
İçdiyimiz mayenin miqdarı hər 1 kq ideal çəkiyə (sizə görə normal çəki) 30 ml-dən az olmamalıdır. Yəni, normal çəkiniz 60 kq-dırsa içdiyiniz maye miqdarı 1800 ml az olmamalıdır.
Suyun gündəlik normasını gün ərzində bərabər paylaşdırmaqla, az-az için. Birdən yarım ya bir litr suyu içmək lazım deyil, onda sadəcə mədənizi böyüdəcəksiniz.
Mayeni yaxşı olar ki, su ya ot çayları şəklində qəbul edəsiniz. Yəni, unutmayın ki, şirin, qazlı içkilər, şirə, şəkərli kompot və s. artıq su deyil !
Su, otaq temperaturunda olmalıdır, soyuq su immuniteti aşağı salır, yuxululuq və zəiflik yaradır.
Su içmək, sizin vərdişinizə çevrilməlidir, ona görə yanınızda həmişə su ilə dolu qab götürün.
Umayclub.com
Şərh yoxdur

şərhini yaz