a
Hava:
24 C
clear sky
Baku
humidity: 33%
wind: 8 m/s S
H24 • L24
HomeBürclərGünəşin sevimlisi şir bürcü

Günəşin sevimlisi şir bürcü

Günəş qallaktikamızın ulduzudur. O, işıq və istilik mənbəyimizdir. Günəş bu günlərdə, hal- hazırda şir bürcünə girmişdir. Ay isə ikinci gündə şir bürcündədir. Tezliklə qız bürcünə keçid edəcək. 2 gün öncə ay və günəş eyni nöqtədə birləşmədə idi. Yeni ay doğuldu.

Şir bürcü günəşin öz evidir. O burda özünü çox gözəl hiss edir. Bu bürcdə doğulan insanların özəllikləri günəşin onlara verdiyi hədiyyədir. Onlar çox parlaq, şən, bayram əhval- ruhiyyəli, sevgi dolu duyğularla, uşaqlara bağlı insanlardır.

Bu bürcün seçdiyi sənət növləri, peşələr yaradıcılıq və idmanla çox bağlı olur.Ona görə də aktyor, müğənni, televiziya işçiləri, dizaynerlərin çoxu bu bürcdə doğulanlardır.
Bu insanları çox vaxt xarici görünüşündən, görkəmindən seçmək olur. Əsasən onların əlaməti düz, təbəssümü parlaq, saçları şişkin olur. Olurox qürurlu və böyük ürəkli insanlardır. Hədiyyə etməyi sevirlər. Bəzən ürəklə bağlı problemlər yaşaya bilərlər. Ürək-məhəbbət çakrası şirlərin ən zəif yerləridir.

Həftənin günü bazar, rəng narıncı, qızılı, metal qızıl. Daş-kəhrəba, sirkon, avantürin, xrizolit, fionit, sarı topaz.

Günəşin ekzaltasiya nöqtəsi-qoç.
Ona görə də, çox vaxt bu bürcün insanları kürən olur. Pluton və mars Şirdə ekzaltasiya olduğu üçün bu bürcün insanları hakimiyyət və vəzifə sevəndirlər.

Şir bürcündə insanlar güclü günəşdən yüksək enerji alır.
Hər bir ildən bir günəş doğum günümüz olur. Belə ki, 11, 22, 33, 44 və s. yaşlarında. Bu illərdə hədiyyə olaraq qızıl çox yerinə düşər.
Həyatınızda öz Günəşinizi işlək hala salmaq istəyirsinizsə, qlzıl-günəş simvolu taxın.

Saraylar, əzəmətli binalar da günəşin və şir bürcünün timsalıdır. Bildiyimiz kimi, bütün dövrlərdə şahlar saraylarda yaşamışlar. Şir də təbiətdə şah sayılır. Bu bürcün insanları uşaqllqdan özlərini sah və şəhzadə hiss edirlər. Böyük teatr, konsert zalları da, şir bürcünə uyğun binalardı.Ona görə də belə saraylarda şir bürcünün insanlarına çox rast gəlmək olur.

Şirlər bayram əhval -ruhiyyəylə, yüksək enerjiləri ilə daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, astrologiya da günəş içində nöqtə olan dairəylə göstərilir.
Adsız barmaq Günəşə işarədir. Qızıl üstündə uygun
daşlarla bəzədilmiş üzükləri bu barmağa taxmaqla Günəş enerjinizi artırmağı unutmayın.

Əziz şirlər, ad gününüz mübarək!

Eyyubova Pərvanə
Astroloq

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz