a
Hava:
16 C
clear sky
Baku
humidity: 94%
wind: 4 m/s S
H16 • L16
HomeMünasibətlərQadın,ailə,cəmiyyətAilədə zorakılıq nədir?

Ailədə zorakılıq nədir?

Ailədə zorakılıq nədir?
Ailədə zorakılıq ailənin bir üzvü tərəfindən digərinin fiziki, psixoloji, iqtisadi, cinsi zorakılıq və ya məcburetmə ilə konstitusiya hüquq və azadlıqlarının pozulmasıdır.
Zorakılıq formaları aşağıdakılardır?
Fiziki zorakılıq: döymək, işgəncə vermək, sağlamlığı zədələmək, qeyri-qanuni şəkildə azadlıqdan məhrum etmək və ya fiziki ağrıya və ya əzaba səbəb olan digər hərəkət; sağlamlıq vəziyyəti ilə əlaqədar olan tələbləri təmin etməmək, bu da ailə üzvünün sağlamlığının zədələnməsinə və ölümünə səbəb olur;
Psixoloji zorakılıq: təhqir, şantaj, alçaltma, hədələmə və ya insan ləyaqəti və şərəfinə xələl yetirilməsinə səbəb olan digər hərəkət;
İqtisadi zorakılıq: qida, yaşayış yeri və normal inkişafın digər şəraiti ilə təmin etmək, mülkiyyət və əmək hüquqlarını həyata keçirmək, eləcə də birgə mülkiyyətdə olan əmlakdan istifadə etmək və məxsus olan pay üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb olan hərəkət;
Cinsi zorakılıq: zorakılıqla, zorakılıqla hədələməklə və ya qurbanın acizliyindən istifadə etməklə cinsi əlaqə; yetkinlik yaşına çatmamış şəxsə qarşı cinsi əlaqə və ya cinsi xarakter daşıyan digər növ hərəkət və ya azğın hərəkət;
Məcburetmə: insanın elə hərəkəti etməyə və ya etməməyə fiziki və ya psixoloji məcbur edilməsi ki, hansının həyata keçirilməsi, və ya hansından çəkinməsi onun hüququdur, və ya iradəsinə qarşı olan təsiri öz üzərində hiss etməsi.
Laqeydlik: valideyn və/və ya qanuni nümayəndə tərəfindən uşağın fiziki, psixoloji zərurətlərinin təmin edilməməsi, baza təhsili almaq hüququnun məhdudlaşdırılması, təhlükədən müdafiə edilməməsi, doğumun qeydiyyatı, tibbi və digər xidmətdən istifadə etmək üçün zəruri hərəkətlərin həyata keçirilməməsi bir halda ki, valideyn və/və ya qanuni nümayəndə müvafiq xidmət barədə müvafiq məlumata, imkana malikdir və həmin xidmət onun üçün əlçatandır.
Ailədə zorakılıq zamanı kimlər ailə üzvü hesab edilirlər?
Ailədə zorakılıq zamanı ana, ata, baba, nənə, həyat yoldaşı, övlad (oğulluq, qızlıq), övladlığa götürülən, övladlığa götürən, övladlığa götürənin həyat yoldaşı, qəbul edən ailə (analıq, atalıq), nəvə, bacı, qardaş, həyat yoldaşının valideynləri, kürəkən, gəlin, keçmiş həyat yoldaşı, qeydiyyata alınmamış nikahda olan şəxslər və onların ailə üzvləri, qəyyum (dəstəkləyən) ailə üzvü hesab edilirlər.
Ailədə zorakılıq qurbanı kimlər hesab edilə bilərlər?
Qurban fiziki, psixoloji, cinsi, iqtisadi zorakılığa və ya məcburetməyə məruz qalan və Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq xidməti, məhkəmə orqanı və/və ya ailədə zorakılıq qurbanı statusunu müəyyən edən qrup (qurbanı eyniləşdirmə qrupu) tərəfindən qurban statusu müəyyən edilən ailə üzvüdür.
Ailədə zorakılığın ehtimal edilən qurbanı özünü qurban hesab edən və qurban statusunu müəyyən etmək məqsədilə müvafiq orqanlara/ailədə zorakılıq qurbanı statusunu müəyyən edən qrupa (qurbanı eyniləşdirmə qrupu) müraciət edən şəxsdir.
Ailədə zorakılıq zamanı kimlər zorakı hesab edilirlər?
Zorakı ailənin digər üzvünə qarşı fiziki, psixoloji, iqtisadi, cinsi zorakılığı və ya məcburetməni həyata keçirən ailə üzvüdür.
Öhdəlik kimlərin öhdəsinə qoyulur və ailədə zorakılıq faktını müvafiq orqanlara bildirmək hüququna kimlər malikdirlər?
Öhdəlik tibb müəssisəsinin əməkdaşları, yetkinlik yaşına çatmamış şəxs təqdirində – eləcə də təhsil və tərbiyə müəssisələrinin əməkdaşları, İctimai hüquqda hüquqi şəxs – Sosial Xidmət Agentliyi, qəyyumluq və qayğı orqanının səlahiyyətli əməkdaşları və Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulan digər subyektlərin öhdəsinə qoyulur.
Ailədə zorakılıq təqdirində məhkəməyə müraciət etmək hüququna aşağıdakılar malikdirlər: qurban (ehtimal edilən qurban), onun ailə üzvü, yetkinlik yaşına çatmamış şəxs təqdirində isə – qəyyumluq və qayğı orqanı. Həmçinin qurbanın razılığı ilə qurbana tibbi, hüquqi və ya psixoloji yardım göstərən şəxslər.
Ailədə zorakılığın aşkar edilməsi və qarşısının alınması üçün hansı hüquqi müdafiə mexanizmləri mövcuddur?
Ailədə zorakılığın aşkar edilməsi və qarşısının alınması üçün cinayət-hüquqi, mülki-hüquqi və inzibati-hüquqi mexanizmlərdən istifadə edilir.
Şərh yoxdur

şərhini yaz