a
Hava:
15 C
clear sky
Baku
humidity: 67%
wind: 7 m/s SSE
H15 • L15
HomeSağlamlıq və gözəllikQadın xəstəlikləriÖZ ÖZÜNƏ SÜD VƏZİ MÜAYİNƏSİ

ÖZ ÖZÜNƏ SÜD VƏZİ MÜAYİNƏSİ

ÖZ ÖZÜNƏ SÜD VƏZİ MÜAYİNƏSİ.
Hər bir xanim öz özünə süd vəzilərini müayinə etməyi bilməli və deyərdim ki, adi bir həyat tərzinə salmalıdır. Əgər bilmirsə öyrənməli və tez-tez icra etməlidir. Bu vacib və mütləqdir.
Süd vəzilərini, ayda bir dəfə olmaqla, mütəmadi olaraq müayinə etmək lazımdır. Şərti olaraq xanımları dörd qrupa bölək
● 1. Aybaşı zamanı çatmıyan xanımlar
● 2. Normal adət dönəmi olan xanımlar
● 3. Aybaşı dövrü qeyri-mütəmadi olanlar.
● 4. Aybaşı dövründən tamamilə kəsilmiş xanımlar
1; 3 və 4-cü qrupdakı xanımlar,ayda bir dəfə eyni tarixdə olmaqla, (məsələn, hər ayın 1-də) qadının özü tərəfindən aparılır.
2-ci qrupdakı xanımlar isə Adət başlanan gündən həmin günü 0 qəbul edərək 7-10 gün sonra aparılmalıdır.
İstifadə olunan “alət” elə öz əllərinizdir. Sağ (sol) əlin paralel və ya qismən paralel şəkildə orta üç barmağın və ya dörd barmağın (başbarmaq olmamaq şərtiylə) uc hissələriylə Sol (sağ) süd vəzi və ətrafina basqı göstərməklə həyata keçirilir. Basqılar növbə ilə zəif, orta və güclü şəkildə bir birini əvəz etməlidir.
Belə ki, süd vəzilərinin müayinəsinin aparılma taktikası aşağıda qeyd etdiyim kimidir.
Güzgü qarşısında elə dayanın ki, bədənin yuxarı hissəsini asanlıqla tam şəkildə görə biləsiniz.
Əvvəlcə süd vəzilərinizi qollarınız aşağı olmaqla nəzərdən keçirin. Sonra əllərinizi belinizə, daha sonra əllərinizi başınızın arxasına qoyun.
Sonra ayaq üstə və ya oturmuş vəziyyətdə olmaqla sol (sağ) əl ilə sağ (sol) süd vəzisinin hər bir sahəsini, kənardan vəzi giləsinə tərəf olmaqla, saat əqrəbi istiqamətində və ya yuxarıdan aşağıya, bayır tərəfdən iç tərəfə yuxarıda qeyd etdiyim kimi masaj edin.
Bundan başqa, qoltuqaltı sahələri də majaj edin.
Sonra baş barmaqla şəhadət barmağı arasında hər iki süd vəzi gilələrini sıxın. Bu zaman ondan maye ifraz olunarsa, onun rənginə fikir vermək və həkiminizə bu haqda bilgi verməlisiniz.
Süd vəziləri və qoltuqaltı nahiyələrin müayinəsini eyni ardıcıllıqla uzanmış vəziyyətdə, əvvəlcə müayinə olunan tərəfdə qolu yana salmaqla, daha sonra isə başın arxasına qoymaqla təkrar edin.
Hansı dəyişiliklərə fikir verilməlidir və mütləqdir
• Ağrının olması
• Heç bir ağrı olmasa da, vəzilərdə düyünlərin və ya bərkimə sahələrinin hiss edilməsi
• Süd vəzi giləsindən və ya gilələrindən mayenin ifraz olunması
• Süd vəzilərinin forma və ölçülərində olan dəyişikliklər
• Vəzi səthindəki dərinin və ya vəzi giləsinin içəriyə doğru dartılması
• Vəzi sahəsində dərinin və vəzi giləsinin kobudlaşması
• Qoltuqaltı sahələrdə limfatik düyünlərin əllənməsi
• Vəzi nahiyəsində dəridə olan iltihabi dəyişikliklər.
Müayinə zamanı hər hansı cüzi bir dəyişilik hiss etdikdə zaman itirmədən həkimə müraciət edin.
Şərh yoxdur

şərhini yaz