a
Hava:
25 C
clear sky
Baku
humidity: 41%
wind: 4 m/s NNE
H25 • L25

Siqaretlə mübarizənin kreativ yolları

Siqaretlə mübarizənin kreativ yolları
Taylandda insanlara siqaretin zərərli olduğunu
başa salmağa çalışan qəribə bir reklam çarxı
hazırlanıb.
Ssenariyə görə, əvvəldən reklamçılar tərəfindən
öyrədilmiş azyaşlı qız və oğlan əllərində tutduqları
siqaretlə siqaret çəkən böyüklərə yaxınlaşaraq
onlardan alışqan istəyirlər.
Reaksiya gözlənildiyi kimidir: Böyüklər azyaşlılara
uzun-uzadı siqaretin zərərləri barədə məruzə
oxuyurlarlar.
Azyaşlılar isə əvvəldən hazırlanmış qeyd kağızlarını
böyüklərə verir və qaçaraq onlardan uzaqlaşırlar.
Kağızda yazılanlar isə siqaret çəkən böyükləri şoka
salır: “Mənim səhhətimi fikirləşirsən, bəs niyə öz
səhhətini düşünmürsən?!”
Şərh yoxdur

şərhini yaz