a
Hava:
13 C
overcast clouds
Baku
humidity: 94%
wind: 2 m/s WNW
H13 • L13
HomeYoqaYoqanın faydaları

Yoqanın faydaları

Niyə yoqa etməliyik? 

Hər şeydən əvvəl insan düzgün nəfəs alma texnikasını öyrəndiyinə görə həyat keyfiyyəti yüksəlir, sağlamlıq möhkəmlənir. Ürək atışlarını stabilləşdirir. Qan təzyiqi və dövranı normallaşdırır. Əsəb gərginliyini aradan
qaldırdığı üçün depressiya, panika kimi əlamətlər də aradan qalxır. Hamiləlik vaxtı edilən yoqa (düzgün durma texnikasını bilmək şərti ilə) doğum vaxtı anaya kömək etdiyi kimi doğumdan sonra da fayda verir.Yoqa onurğanın elastik olmasında, daxili orqanların düzgün işləməsində, yuxusuzluq və kökəlmənin qarşısının alınmasında böyük rol oynayır. Buna görə də, yoqa ilə məşğul olan insanlar yaşlananda da, dinamikliklərini itirmirlər.Yoqa təliminə görə insanın psixiemosional halları əsas enerji mərkəzi vasitəsilə idarə olunur və həmin mərkəzlərə uyğun emosiyalar elə həmin mərkəzlərə uyğun orqanların ya normal işləməsinə, ya da xəstəliyinə səbəb olur . Yoqada məqsəd birlik və bərabərlikdir.Edilən iş də hədəf birlik isə adamın özünün bütün olaraq hiss etməsi, heç bir şəkildə özündən əskik olmadığını bilməsi və ona görə dincliyə çatması, dinclik tapması qısaca bunları hiss etməyən biri yoqa etmir deməkdir.
Yoqa edən adam ilk olaraq özünü, daha sonra ətrafını və kainatı qəbul etməsi lazımdır, bu tanıma uyğun gələn yoqa edir və dinclik tapır. Bədənin və ağlın təkmilləşməsi Yoqa elementləri əzələ dartma və əyilmə məşqləri əlavə edilir. Yoqa bədən və yaddaşı təkmilləşdirən və həyat tərzinə çevrilən metod kimi anlaşılmalıdır.

Relaksasiya, elastiklik və pozitiv düşünmə

Bu məşqlərin əsas hissəsi fiziki pozalar və ya Asanalar, nəfəsalma üsulları və ya Pranayama və daha elastik olmaq üçün meditasiyalardır. Yoqa elastik olmağa və yaxşı formada qalmağa kömək edir. O,həmçinin yorğunluğu azaldır və zehni sağlamlığı qüvvətləndirir. Düzgün relaksasiyanı, nəfəsalmanı, məşqi, meditasiyanı, sağlam qidalanmanı və pozitiv düşünməyi öyrədir.

etiketlər
əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz