a
Hava:
7 C
clear sky
Baku
humidity: 81%
wind: 1 m/s N
H7 • L7
HomeYoqaYoqaya prosesi

Yoqaya prosesi

Yoqaya başlamazdan əvvəl düzgün duruş və düzgün nəfəs alma texnikasını bilmək lazımdır. Nəfəs tutulmamalı və ağızdan yox, burundan alınmalıdır. Üz əzələləri, gözlər və qulaqlar gərilməməlidir. Bədən düz durmalıdır, çünki səhv oturuş forması nəfəsin gediş-gəlişinə mane olur. Hərəkətlər vaxtı beyin mümkün qədər az aktiv olmalıdır. Yoqa idman, gimnastika deyil. Yoqanın məqsədi ruhunuzu və bədəninizi dincəltmək, rahatlatmaqdır, onları gərmək yox. Əgər vaxtınız azdırsa, tez-tələsik yeddi hərəkət əvəzinə iki hərəkəti tələsmədən yerinə yetirməyiniz daha yaxşı nəticələr verər. Yoqa pozisiyaları 5 mərhələdən ibarətdir:

1. Pozisiyaya hazırlıq
2. Pozisiyaya giriş
3. Pozisiyada qalma
4. Pozisiyadan çıxış
5. Dincəlmə

Səhərlər bədən sərt olduğundan hərəkət etmək çətin olur. Beyin də dincəlmiş olduğu üçün, qarşıdakı saatlarda beyin sayıqlığını azaldır. Axşamlar bədən daha elastik olduğundan pozisiyalar da rahat edilir. Səhər yoqası insanın uğur qazanmasına kömək edir. Axşam yoqası isə günün yorğunluğunu çıxarmağa və gərginliyi azaltmağa, rahat və yaxşı yuxu almağa şərait yaradır. Beləliklə, ayaqüstü hərəkətləri səhərlər, oturaq hərəkətləri isə axşam etsəniz yaxşıdır. Hər gün ən azı 15-20 dəqiqənizi yoqaya ayırın.
Hərəkətləri edəndə həmişə yaxşı düşüncələrə  köklənin. Unutmayın, bədən ruhun evidir, xarici görünüşün elə bir əhəmiyyəti yoxdur, əsas evin içində hüzuru tapmaqdır 🙂

©Umayclub.com

etiketlər
əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz