a
Hava:
18 C
clear sky
Baku
humidity: 77%
wind: 4 m/s S
H18 • L18
HomeYoqaYoqa nədir

Yoqa nədir

Yoqa – ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etimoloji mənşəyində saxlanılır. “Yoqa” sözü öz mənşəyini sanskrit dilindəki “yuq” sözündən götürür ki, o da tərcümədə “birləşmə”, “qovuşma”, “tövhid” mənasını verir. Yoqa – altı əsas təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) “Yoqa sutra” əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini oxumağı və s. bacarırlar.

Yoqa təlimi

Yoqa təlimi bugünkü elmə təsir etmiş ən güclü mistik cərəyandır və bugünkü alimlər mistikanı, fövqəltəbii qabiliyyətləri analiz etmək üçün ən çox hind yoqları üzərində təcrübə, müşahidə aparırlar. Demək olar ki, fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir.Yoqa səkkiz hissədən meydana gəlir. Bu hissələr Ashta- Anga olaraq adlandırılır.

Yama – müsbət yönlərin inkişaf etdirilməsi;
Niyama – mənfi yönlərin aradan qaldırılması;
Asana- fiziki duruşlar;
Pranayama – nəfəs və enerji texnikaları;
Pratyahara – bioenerji və çakra texnikaları; Dharana – konsentrasiya texnikaları;         

Yoqanın Tarixi

Yoqanın tarixi öz kökləri ilə qədim zamanlara gedib çıxır. Hind çayı boyunca tapılmış və Hind sivilizasiyasına (b.e.ə. 3300-1700 illər) aid olan bəzi əlyazmalarda meditativ və yoqa pozalarında olan fiqurlar təsvir olunmuşdur.Dhyana – Meditasiya texnikaları  Samadhi – süpermeditasiya texnikaları insanlığın başlanğıcından bəri Yoqa tətbiq olunmaqdadır.                İlk başlarda Ustaddan şagirdə şifahi köçürülən məlumatlar zaman içində başqa təlimlərlə qarışdırıldığı üçün günümüzdən 2000-3000 il əvvəl Ustad Patancali tərəfindən təkrar orijinal halına sadələşdirilib kitab halına gətirilmişdir. Yoqa ilə bağlı yazılı məlumatlar 5 min il əvvələ təsadüf edir. Əlbəttə, yoqa o vaxtdan bu günə qədər çox deformasiyalara uğrayıb, dəyişib və təkmilləşib. Yoqanın bu orijinal halını izah etdiyi kitab Yoqa Sutradır.

Şərh yoxdur

şərhini yaz