a
Hava:
17 C
clear sky
Baku
humidity: 51%
wind: 8 m/s NNW
H17 • L17
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıYaqut Xaç Ordeninin ilk qadın kavaleri – Mehriban Əliyeva

Yaqut Xaç Ordeninin ilk qadın kavaleri – Mehriban Əliyeva

Yüzilliyin Mesenatları Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təltif edilən Yaqut Xaç Ordeninin ilk qadın kavaleri – UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban xanım Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində doğulub.

1982-ci il Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medalla bitirib. Azərbaycan Tibb Universitetinə daxil olub.
1988-ci ildə Seçenov adına Moskva Tibb Akademiyasını Qırmızı diplomla tamamlayıb.
1988-1992-ci illər Moskvada Göz Xəstəlikləri Elmi-tədqiqat institutunda işləyib.
1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb.
1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan İrs” mədəniyyət və tarix jurnallarını təsis edib.
2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
2004-cü ildə Heydər Əliyev Fondunu təsis edib.
Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib.
2005-ci ildə Azərbaycanda İlin Adamı Mükafatı, “The Business Magazine jurnalı ” İlin Birinci Xanımı” Mükafatı ilə təltif olunub.
2005-ci ildə Fəlsəfə elmləri namizədi adını alıb.
2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2009-cu ildə Polşa prezidenti tərəfindən Böyük Komandor Xaçı ordeni;
2010-cu ildə Fransa prezidenti tərəfindən “Şərəf legionu” ordeni ilə təltif olunub.
2010 -cu ildə Parlament seçkilərdə Milli Məclisin deputatı seçilib.
Məhz Mehriban xanımın təşəbbüsü ilə Muğam Mərkəzi yaradıldı. O, Azərbaycanda həyata keçirilən “Muğam” layihəsinin müəllifidir.
2012-ci ildə Bakıda keçirilən möhtəşəm “Avrovizion” müsabiqəsinin Təşkilat Komitəsinin sədri seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası. Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.
2010-cu ildə UNESCO-nun “Qızıl Motsart” medalı ilə təltif olunub.
2014-cü ildə Nefertiti Media Productions “Ən nüfuzlu qadın” mükafatı adına layiq görülüb.
2014-cü ildə Rusiya Federasiyasının “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunub.
2014-cü ildə Küveyt dövlətinin Fəxri diplomu ilə təltif olunub.
2015-ci ildə Azərbaycanda “Heydər Əliyev” ordeni ilə təltif olunub.
2018-ci ildə İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif olunub.
2019-cu ildə Rusiyanın “Dostluq ordeni” ilə təltif olunub.

UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Azərbaycanın görkəmli yazıçısı, maarifpərvər ziyalı, adı böyük hərflə yazılacaq işıqlı insan Mir Cəlal Paşayev ocağında dünyaya gələn, yüksək milli ruhda böyüyən, tərbiyə, təhsil alan Mehriban xanımın məsuliyyəti və şərəfli həyatı müasir Azərbaycan tarixində müstəsna rolu olan “Əliyevlər” ailəsində davam etdi.

Ulu öndər Heydər Əliyevin, millət anası Zərifə xanım Əliyevanın gəlini, Prezident İlham Əliyevin həyat yoldaşı olmaqla Millətə xidmət dərsi aldı və bu yolu ləyaqətlə davam etdirdi.

İndi hər bir Azərbaycan vətəndaşı ona təkcə Prezidentin xanımı kimi deyil, həm də qurub-yaradan, xalqın milli sərvətini, türk qadınının qüdrətini yüksək diplomatik mədəniyyətlə dünyaya tanıdan ictimai xadim kimi baxır.

Mənbə: Saminə Hidayətqızı “Yüz Türk Qadını” Sarı sim I kitab

Şərh yoxdur

şərhini yaz