a
Hava:
26 C
clear sky
Baku
humidity: 19%
wind: 6 m/s SSE
H26 • L26
HomeSağlamlıq və gözəllikTəbabətDişlərin incidəndir, yoxsa, tez-tez incidəndir?

Dişlərin incidəndir, yoxsa, tez-tez incidəndir?

“Dişin ağrıyır, çək qurtar” Dillər əzbəri olan bu məsəli tətbiq etməyə tələsməyin. Bir az da səbr etsəniz niyəsini biləcəksiniz.

Dişləinizdə sarımtıl, tutqun bozumtul rəngdə olan sərt çöküntü yəni, ərp əmələ gəlibsə bu artıq həyacan siqnalından xəbər verir. Əgər bu işin arxasınca düşməsəniz çox yaxın zamanda təbii dişlərinizə vidalaşmalı olacaqsınız. Gigiyenik qaydalara gündəlik ciddi yanaşanları həmişə bir sual düşündürür, dişlərdə yaranan problemlər onu necə tapır?

Daş kimi diş daşı
Diş ətinə qıcıqlandırıcı təsir göstərən və dişlərin dibinə toplanan sərt çöküntü diş daşı adlanır. Onun tərkibi kalsium-fosfat və qismən kalsium-karbonatdan, habelə müxtəlif üzvi maddələrdən ibarətdir.
Ağızdakı protezlərə qulluq etmədikdə onun da üzərində diş daşı toplanır. Diş daşı qalınlaşdıqca diş əti gicişir, qanayır, iltihaba səbəb olur.

Sifilisə yol açan?
Çürümə (kariyes) sümük toxumasının, yaxud dişlərin tədricən dağılması ilə nəticələnən patoloji prosesə deyilir. Kariyes ən çox yayılan diş xəstəliyi sayılır. Sümük toxumasının çürüməsi, əsasən sümükdə və sümük üstlüyündə gedən infeksion prosesləlrdən törəyir. Çürümə vərəm, sifilis xəstəliklərinə də gətirib çıxarır. Kariyesin inkişafı daha çox onu törədən səbəblərindən asılıdır.
Kəskin iltihabi proseslər zamanı sümükdə baş verən irinli ocaqlar bəzən ətrafdakı toxumalara da keçir və ümumi intoksikasiyaya səbəb olur. Nəticədə sümüyün dağılması tez başa çatır.
Xronik proseslərdə kariyes yavaş inkişaf edir. Müalicəsi dərmanlarla antibiotiklər, sulfanillamid preparatlar aparılır. Çox vaxt cərrahi əməliyyat yaxşı nəticə verir. Ləkə kariyesdə birinci mərhələdir. Bu dövrdə dişlərdə ağ, qəhvəyi və ya qara ləkə əmələ gəlsə də, ağrı olmur. Səthi kariyesdə dişin mina qatı çürüyür, boşluq yaranır. Orta kariyesdə mina tamamilə, dentinin isə bir hissəsi çürüyür. Şirin, turş, duzlu qida qəbul edərkən ağrı baş verir. Dərin kariyesdə proses güclənir, ağrı şiddətlənir.

Əlində fırça
Diş daşlarından yaxa qurtarmaq üçün yolunuzu stamatoloqun kabinetindən salın. Adi günlərdə isə çeynəmə proseini uzadın.Bu zaman dişlərin dibi təmizlənir. Digər dişlər isə bu prosesdə iştirak etmədiyi üçün daha çox daşlaşmaya məruz qalır. Buna görə də, alma, kök, heyva və digər meyvələri hər iki tərəfdə çeynəmək lazımdır. Belə olduqda bütün dişlər çeynəmə prosesində iştirak edir.

-Diş fırçanızı əlinizdən yerə qoymayın. Üç aydan bir onu dəyişməyə tənbəllik etməyin. Bərk fırçaya daha çox üstünlük verin. Çünki o daha çox faydalıdır.
Saqqıza çox aludə olmayın. Onun köməyi müvəqqətidir. Çay sodası, duz və 3 faizli peregidrolu ( hərəsindən 1ç. q. ) olmaqla qarışdırıb fırça ilə dişlərinizi sürtün.Bu üsul diş daşlarının qarşısını alır və dişin dibini təmizləyir.

Cəfəri də köməyimizə çata bilər.
Hər səhər yuxudan oyananda ağzınızı qaynadılmış su ilə doldurub 3 dəqiqə saxlayın. Sonra düyü yavaş- yavaş udun. Bu üsul da dişlərin dibini və mədəni təmizləyir. Bu üsuldan nə qədər müntəzəm istifadə etsəniz, nəticəsi də bir o qədər çox olar.

Almanlardan öyrənək.

Baş şəhadət və orta barmağınızı bir-birinin üstünə yığın və ağrıyanda qədər gicgahınızda sıxın. Belə vəziyyətdə 40-50 saniyə davam edin.Bu diş ağrısının sovuşmasına səbəb olur.
Almanların da diş ağrısının qarşısını almaq üçün maraqlı üsulu var. Sallaq, yəni çömbəlib oturun. Təcrübə göstərir ki, bu cür oturmaq ağrıkəsici həbsdən daha effektlidir.
Diş ağısını sakitləşdirməyin bir üsulu da var. Şəhadət barmaqdakı dırnağın küncündə yerləşən nöqtələri 3-4 dəqiqə sıxmaqla diş ağrısını dayandıra bilərsiniz.

Maraqlıdır

Məlum olduğu kimi insanlarda dişlərin ümumi sayı 32-dir. Hər çənənin bir tərəfində 2 kəsici, 1 köpək, 2 kiçik azı və 3 böyük azı dişləri olur. 27 yaşdan sonra çıxan dişlər ağıl dişi adlanır.

Turpu doğrayıb yeyin. Bu ağız suyunun qarşısını alır.

Şərh yoxdur

şərhini yaz