a
Hava:
27 C
clear sky
Baku
humidity: 19%
wind: 5 m/s S
H27 • L27
HomeSağlamlıq və gözəllikMakiyajGözəlliyin görülməyən izləri

Gözəlliyin görülməyən izləri

Xanımlar bütün zamanlarda gözəl görünmək istəyir.Bu istəklərinə çatmaq üçün isə hansı üsullara əl atmırlar?..

Sabunu şamda hisə verib, diş fırçası ilə kirpiklərə sürtürlər, yanaqlarını çuğundur şirəsi ilə sürtürlər, dodaqların qırmızı görünməsi üçün isə acı istiotdan istifadə edirlər. Dövran dəyişdikdə yeni kosmetik vasitələr daha gözəl görünməkdə xanımlarımıza yardımçı olur. İndi qadınların əsrarəngiz görünməsi üçün hər şərait var. Sadəcə makiyaj və kosmetik vasitələrdən düzgün istifadə etməyi bacarmaq lazımdır.

Makiyaj etməzdən əvvəl bir neçə məsələyə fikir vermək əsas şərtdir: məsələn, dərinin quru və ya yağlı olması, rənginə düşən ənlik-kirşanı və dodaq boyasını seçməkdə yanılmamaq və s. Bunları bilməklə qüsursuz görünəcəyinizə tam əmin ola bilərsiniz. Bundan başqa aşağıdakı qaydalara əməl etsəniz peşman olmazsınız:

– Kosmetikanın inkaredilməz bir qaydası var – çəkilən kosmetika üzdə nəzərə çarpmamalıdır. Tonal kremlərdən çox istifadədə etmək tövsiyə olunmur, belə kremlər dəridə dəridə hiss olunmayacaq qədər olmalıdır.

– Krem və ya hər hansı bir kosmetik vasitələri əl ilə sürtdükdə bir makiyajın kələ- kötür və səliqəsiz olmasına gətirib çıxarır. Ən yaxşı çıxış yolu kosmetik süngərlərdən ( qubkalardan ) istifadə etməkdir.

– Kirşanı alın burun və almacıqlara çəkərkən daha diqqətli olun.

– Kirşanı xüsusi kistlər, şotkalarla çəkin.

– Göz ətrafı çox yağlı olmamalıdır. Əks halda siz yorğun görünəcəksiniz.

– Göz kölgələrindən çox istifadə etməyə ehtiyac yoxdur. Qalın göz kölgələri səliqəsiz görünür və qırışları büruzə verir.

– Makiyajın suni və cansız görünməsi üçün sadəcə bir detalı məsələn, gözləri nəzərə çatdırmaq yetər ki, gözoxşayan görunəsiniz.
Makiyaj edərkən yaşınızı və getdiyiniz məkanı unutmayın. Gözəl, əsrarəngiz və baxımlı görünmək istəyirsinizsə, bu məsləhətlərdən dəyərlənin.

Şərh yoxdur

şərhini yaz