a
Hava:
13 C
light intensity shower rain
Baku
humidity: 88%
wind: 11 m/s NW
H13 • L13
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıTürkiyənin ilk qadın vəkili – Sürəyya Ağaoğlu

Türkiyənin ilk qadın vəkili – Sürəyya Ağaoğlu

Türkiyənin ilk qadın vəkili, publisist, Türkiyədə Millətlərarası Qadın hüquqşünaslar Komissiyasının başçısı
Sürəyya xanım Ağaoğlu 1903-cü ildə Bakıda doğulmuşdur. Millətlərarası Hüquq Birliyi idarə heyətinin tərkibində yeganə qadın olmuş, bu dövrdə müxtəlif komissiyalara başçılıq etmişdir.

İstanbulda Qız liseyində, sonra universitetin hüquq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə hüquqşünas kimi başlamışdır.

1948- 1950-ci illərdə Millətlərarası Qadın Hüquqşünaslar Komissiyasında başçı seçilmişdir.

1950- çi ildə Berlində keçirilən Millətlərarası Hüquqşünaslar Komissiyası toplantısında iştirak etmişdir.
Ömrünün 58 ilini Türkiyədə vəkillik işinə həsr etmişdir.
İngilis, fransız, və türkcə yazıb- yaratmışdır.

Türkiyədə ingiliscə etüdü çapdan çıxmışdır.

“Londonda gördüklərim”, “Bir ömür belə keçdi” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

Azadlıq fikirlərini yayan cəmiyyətin yaradıcılarından biri, eyni zamanda bir müddət bu cəmiyyətin başçısı seçilmişdir. Çocuk dostları dərnəyinin qurucusu və başçısı olmuş, Universitet Qadınlar Cəmiyyətinin əsasını qoymuşdur. Bu kişi qeyrətli mübariz qız azadlıq ideyalarının vüsət aldığı milli dirçəliş dövründə tələbə üsyanlarının ön sıralarında gedirdi.

80 il vətən həsrətilə ömür sürmüş qadın vəfat edərkən Türkiyənin nüfuzlu “Cümhuriyyət” qəzeti yazırdı: “Türkiyə Cümhuriyyətinin qurulmasında Atatürkün yanında yer alan professor Əhməd Ağaoğlunun kardeşi Sürəyya Ağaoğlunun cənazəsi bu gün Türkiyə camisində Feriköy mezarlığında toprağa veriləcək”.

Ağaoğlular Azərbaycan və Türkiyə mədəniyyətinin qorunmasında nəcib xidmətlər göstərmişlər.
Sürəyya xanım 1989-cu ildə isə Türkiyədə vəfat etmişdir.

Şərh yoxdur

şərhini yaz