a
Hava:
26 C
clear sky
Baku
humidity: 27%
wind: 8 m/s S
H26 • L26
HomeƏn son xəbərlər“Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur”.Deputatdan sensassiyalı açıqlama

“Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur”.Deputatdan sensassiyalı açıqlama

Müəyyən qüvvə və ünsürlər deputatların,parlamentin nüfuzunu aşağı salmaq üçün müxtəlif vasitələrdən istifadə edərək informasiyalar yayırlar.

Bugün sentyabrın 17-si Milli Məclisin payız sessiyası çərçivəsində İnsan hüquqları komitəsinin ilk iclası keçirilib.Keçirilən iclasda gündəlikdə olan bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb,deputatların çıxışları dinlənilib.
Milli Məclisin deputatı Elman Nəsirov çıxışında bir çox məqamlara diqqəti cəlb edib,sosial şəbəkədə yayılan dezinformasiya xarakterli məlumatlardan söz açıb. Məsələ ilə bağlı Politics.Az-a danışan Elman Nəsirovun maraqlı fikirlərini təqdim edirik:

“Sosial şəbəkələr bugün cəngəllik qanunları ilə idarə olunur, cəmiyyətdə xoşagəlməz hallara səbəb olur.Orada istənilən bir insanın şərəf və ləyaqətin alçatmaq,işgüzar fəaliyyətinə xələl gətirmək mümkündür.Buna görə də heç bir cəza almayacaqsan.Ona görə də hesab edirəm ki,bu məsələ ilə bağlı ictimai dinləmələrə ehtiyac var.Eyni zamanda,sosial şəbəkədən istifadə qaydalarını tənzimləyən qanunun qəbul olunması bir zərurətə çevrilib.Çıxısımda işgal olunmuş ərazilərlə bağlı qanunun qəbul olunmasının vacibliyini qabartdım.Hesab edirəm ki,bu qanunun qəbulu bir zərurətə çevrilib.

Eyni zamanda mənə daxil olmuş bir siqnal ilə bağlı fikir söyləmək istərdim,hansı ki çıxışımda da bildirmişəm.Məlumat almışam ki,əfv komissiyasının keçmis heyətində deputatlardan birinin sürücüsünün belə hətta əfv komissiyasının işinə müdaxilə etmək imkanı var.Bunu söyləyərkən qeyd etdim ki,bu informasiya yalnış da ola bilər,hər halda,belə bir informasiya daxil olub.Və yeri gəlmişkən,növbəti dəqiqləşdirmələr də apardım ki,bu informasiya öz təsdiqini tapmayıb.İnformasiya kimi mövcuddur amma bir daha çıxışımda da vurğuladım ki,nə dərəcədə düzgün və həqiqəti əks etdirdiyi bilmirəm.Çox istərdim ki,bu informasiya insanların uydurduğu,sosial şəbəkədəki eninə-uzununa yayılmış yalanlardan biri olsun.Bu ana qədər təsdiqini tapmayıb.İstərdim ki,təsdiqini tapmasın,çünki bir çox hallarda müəyyən qüvvə və ünsürlər deputatların,parlamentin nüfuzunu aşağı salmaq üçün müxtəlif vasitələrdən istifadə edərək informasiyalar yayırlar.Milli Məclisin deputatı kimi bu məlumatı eşidən zaman böyük təəssüf hissi keçirdim.Ancaq indiki halda qənaətim belədir ki,istisna deyil ki, dezinformasiya olsun.İstənilən halda bunu ictimai rəyə sırıyanlar var və mən deputat kimi buna münasıbət bildirməyə bilməzdim.Bir daha qeyd edim ki,cəmiyyətdə yayılmış bu informasiya təsdiqini tapmayıb.”

Şərh yoxdur

şərhini yaz