a
Hava:
4 C
clear sky
Baku
humidity: 93%
wind: 1 m/s N
H4 • L4
HomeUmayClub.comTarixdə bu gün18 Sentyabr – Milli Musiqi Günüdür.

18 Sentyabr – Milli Musiqi Günüdür.

18 Sentyabr – Milli Musiqi Günüdür.
“Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin cəsarətli olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır. Xalqın mənəviyyatını duymaq, onun ümid və arzularının ifadəçisi olmaq, nikbinliyini, əhvali-ruhiyyəsini musiqi vasitəsilə əks etdirmək lazımdır”.
Ümummilli lider Heydər Əliyev
Sentyabrın 18-i Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi qərara alınmışdır. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında hazırlanan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun” , “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır. Ü.Hacıbəyov milli musiqi xəzinəsinə yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan “Koroğlu” operasını, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur. Milli musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
Şərh yoxdur

şərhini yaz