a
Hava:
16 C
clear sky
Baku
humidity: 39%
wind: 7 m/s NNE
H16 • L16
HomeMünasibətlərQadın,ailə,cəmiyyət“Evdar qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə bağlı layihələrimiz var”- Könül Nurullayeva

“Evdar qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə bağlı layihələrimiz var”- Könül Nurullayeva

“Yaxın gələcəkdə evdar qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə bağlı layihələrimizi reallaşdırmağı planlaşdırırıq.”

” Umayclub” xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül  Nurullayeva Umayclub.com saytına verdiyi müsahibəsində bildirib.

Deputat əlavə edib ki, Nizami rayon sakinlərinin hər birinin qayğı və problemlərinin həlli bir millət vəkili, eyni zamanda Parlamentdə Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü kimi onun fəaliyyətimin əsas prioritetidir:

“Məlum olduğu kimi, pandemiya səbəbindən görüş və qəbullarımız onlayn formatda keçirilirdi. Lakin artıq bir neçə gündür karantin qaydaları çərçivəsində canlı görüşlərin də təşkilinə başlamışıq.  Çünki sakinlərin canlı ünsiyyətə daha çox ehtiyacı var. Qadınların müraciəti isə əsasən məişət qayğıları, məşğulluq, tibbi xidmətlə təmin olunmaq istiqamətində olur. Mən öz seçicilərimin hər birinin müraciət və qayğısına xüsusi həssaslıqla yanaşıram və Deputat Qərargahımla birlikdə onların qısa müddətdə həlli istiqamətində operativ tədbirlər görürük.”

Deputat evdar qadınlarla bağlı xüsusi layihələrin olduğuna diqqət çəkərək əlavə edib:

” Qadınlarımızın fəallığı, onların ictimai-siyasi proseslərdə aktiv iştirakı olduqca vacibdir. Sevindirici haldır ki, ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasəti yeni və perspektivli imkanlar yaradıb. Təbii ki, evdar qadınlarımızın maariflənməsi, onların ictima proseslərə cəlb olunması olduqca vacibdir. Əslində bizim sırf evdar qadınların fəallığı ilə bağlı layihələrimiz var. Sadəcə, pandemiya səbəbindən bu layihələri reallaşdırmaq mümkün olmadı. Bununla belə, yaxın gələcəkdə evdar qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə bağlı layihələrimizi reallaşdırmağı planlaşdırırıq. Bu layihələr çərçivəsində qadınlarımız özlərinin kiçik şəxsi biznesini yaratmaqla onu inkişaf etdirmək imkanı qazanacaqlar. Bu da həm qadınlarımızın fəallığına, həm də ailələrin sosial rifahının daha da yaxşılaşmasına xidmət edəcək.”

Şərh yoxdur

şərhini yaz