a
Hava:
28 C
clear sky
Baku
humidity: 28%
wind: 4 m/s WNW
H28 • L28

Şəkəri yaddan çıxarın

… Yadımdan çıxıb
Yaddaşın düşməni
Qanda şəkərin yüksək konsentrasiyası yaddasa mənfi təsir göstərir, hətta şəkərli diabet xəstəliyi olmayanlar da ondan əziyyət çəkir. Almaniyanın Şarite Tibb Universitetinin alimlərinin apardığı tədqiqata orta yaşı 63 olan 140 könüllü cəlb edilmişdir. Tədqiqata cəlb olunanlar arasında şəkərli diabet, diabetqabağı hal, piylənmə və baş beyin patologiyalarından əziyyət çəkənlər olmuşdur.
Əvvəlcə iştirakçıların baş beyni MRT müayinəsindən keçirilərək emosiyaların formalaşmasında və yaddaşda faktların möhkəmlənməsində vacib rol oynayan hippokampın ölçüsü təyin edilmiş, bununla yanaşı qanda şəkərin miqdarı ölçülmüş, sonra onlara yaddaşla bağlı testlər verilmişdir.
Tədqiqat nəticəsində aydın olmuşdur ki, qanında şəkərin miqdarı aşağı olanlar testlərin nəticəsindən uğurla gəlmiş, digər iştirakçılar isə yaxşı nəticə göstərə bilməmiş və onların hippokampında kiçiltmə müşahidə edilmişdir.
Şərh yoxdur

şərhini yaz