a
Hava:
21 C
clear sky
Baku
humidity: 40%
wind: 6 m/s SE
H21 • L21
HomeEvdarlıqFaydalı məsləhətlərŞəkərdən çox istifadənin əlamətləri

Şəkərdən çox istifadənin əlamətləri

Şəkərdən çox istifadənin əlamətləri

Mütəmadi aclıq hissi – qanda şəkərin gün ərzində yüksək miqdarı hüceyrələrə qlükozanın daxil olmasını əngəlləyir. Nəticədə, orqanizm yetəri qədər enerji almır və yenidən qida tələb edir.

Tez yorulmaq – qanda şəkərin yüksək miqdarı nəticəsində orqanizm qlükozanı düzgün mənimsəyə bilmir. Enerji çatmır və qeyri düzgün sərf olunur və hüceyrələr yetəri qədər qidalanmır.

Konsentrasiya ilə problemlər – düzgün iş üçün beyinə yetəri qədər şəkərin olmasını bilirik, amma onun artıq miqdarı beyinə yetəri qədər qida getməsini əngəlləyir, nəticəsində diqqət və düşüncə qabiliyyəti azalır.

Qıcıqlanma, əhval-ruhiyyənin aşağı olması – qanda şəkərin səviyyəsinin yuxarı olması xrom mineralının mənimsənilməsinə mane olur, o isə əhval-ruhiyyəni təmin edir. Xromsuz insulin də düzgün işləyə bilmir.

Tez-tez infeksiya tutulması – xüsusən də sidik çıxarıcı yolların. Bu problem kişilərdə də qadınlarda da rast gələ bilər. Qanda şəkərin yüksək miqdarı maya göbələkləri və bakteriyalar üçün yaxşı şərait yaradır.

️Əgər özünüzdə bu problemləri hiss edirsinizsə, istifadə etdiyiniz qazlı içkiləri, şirniyyatın miqdarını azaldın.

Umayclub.com

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz