a
Hava:
13 C
clear sky
Baku
humidity: 71%
wind: 0 m/s N
H13 • L13
HomeMünasibətlərUşaq hüquqlarıQanunvericilikdə uşaq hüquqları

Qanunvericilikdə uşaq hüquqları

Uşaq hüquqları haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq
Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq
Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət
siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və
fiziki şəxslərin vəzifələrini müəyyən edir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Qanunun tə sir dairəsi
Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına)
çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. i[1]
Maddə 2. Uşaq hüquqları barəsində qanunvericilik
Uşaq hüquqları barəsində qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər
normativ hüquqi aktlarından ibarətdir. Digər normativ hüquqi aktların normaları uşaqların bu
Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz.
Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti
Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb
tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi
formalaşmasının tə min edilməsinə yönəldilir.
Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial
proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə
yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.
Maddə 4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata
keçirilməsinə dövlət nəzarət edir.ii[2]
Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə
və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə
min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün
mühafizəsi prinsipini əsas tutmalıdırlar.
Maddə 5. Uşaq mənafelərinin üstünlüyü
Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün
tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan
Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd
olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır.
Maddə 6. Uşaqların hüquq bərabərliyi
Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz
edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən,
dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar
ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər
şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların
hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.
Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində
eyni hüquqları vardır.
Maddə 7. Uşağın nümayəndələri
Uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin
müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir.
Maddə 8. Uşağın yaşamaq və inkişaf etmək hüququ
Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ
vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və
təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Maddə 9. Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ
Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların
həyatının mühafizəsi və sağlam inkişafını tə min edir, ekoloji təhlükəsizliyini tə min edən şərait
yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür.
Uşaqların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən
asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi
yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri,
habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır.iii[3]
iv[4]Alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş
yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi
kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün
məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması
işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi ilə bağlı və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən
digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.v[5]
Maddə 10. Uşağın ad və vətəndaşlıq almaq hüququ
Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan
Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar
istisna olmaqla,vətəndaşlıq əldə edir.vi[6]
Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq
orqanlarının razılığı və ya göstərişi əsasında verilir.
Maddə 11. Uşağın tərbiyə almaq hüququ
Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və
əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır.
Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq tə lim-tərbiyə
müəssisələrində aparılır.
Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif
müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik
göstərir.
Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə
uşaqların psixi və mə nəvi inkişafına zərərli tə sir göstərən filmlərin, ədəbiyyatların və digər
vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb
edilməsi qadağandır.
Maddə 12. Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ
Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.
Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda və
ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal mə
lumat verilməlidir.
Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri)
uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından
sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14
yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. vii[7]
İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın
qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər.
Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və
fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə,
habelə inzibati və ya cinayət məs uliyyətinə səbəb olur.
Maddə 13. Uşağın zəruri maddi tə minat hüququ
Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq
xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
Maddə 14. Uşağın vicdan, fikir və söz azadlığı
Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır.
Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə
yanaşmalıdırlar.
Uşağın səhhətinə zərərli tə sir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.
Maddə 15. Uşağın mə lumat azadlığı
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki inkişafı
üçün zəruri olan istənilən mə lumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır.
Maddə 16. Uşağın əsas vəzifələri
Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə
bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər
vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ən ənələrinə və mədəni
sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə
yetirmək uşağın borcudur.
Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və
təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur.
II fəsil
Uşaq və aİlə
Maddə 17. Uşağın ailədə yaşamaq hüququ
Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır.
Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı
onlardan ayırmaq qadağandır.
Maddə 18. Valideynlərindən ayrı yaşayan uşağın hüququ
Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona
mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
Maddə 19. Valideynlərin hüquq və vəzifələri
Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam
böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata
hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının
tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının
qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə
bilər.
Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya
himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məs
uliyyət daşıyırlar.
Maddə 20. Uşağın mənzil hüququ
Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri
ilə bərabər hüquqları vardır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə,
qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə
hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin uşaqlar, habelə əvvəllər
mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar tə min
edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin bağlanması Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
Maddə 21. Uşağın vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma hüququ
Hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin əmlakına dair vərəsəlik, məhkəmənin
qərarı ilə valideynlərdən hər ikisi və ya biri xəbərsiz itkin düşmüş və ya ölmüşelan edildikdə isə
onların əmlakı hesabına saxlanmaq hüququ vardır. viii[8]
III fəsil
Uşaq və cəmİyyət
Maddə 22. Uşağın təhsil almaq hüququ
Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq
hüququ vardır.
Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə
əldə etməsinə şərait yaratmalıdır.
Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.
Maddə 23. Fitri iste dada malik uşaqlara dövlət qayğısı
Dövlət fitri iste dada malik uşaqların erkən yaşdan üzə çıxarılması və onların qabiliyyətinin
qiymətləndirilməsi üçün tədbirlər görür, onlar üçün adlı və xüsusi təqaüdlər müəyyən edir,
xüsusi təhsil müəssisələrinin sistemini yaradır və maliyyələşdirir, bu sahədə beynəlxalq əlaqələri
inkişaf etdirir.
Maddə 24. Uşağın əmək hüquqları
Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək
hüququ vardır.
Uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan
Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 25. Uşağın istirahət hüququ
Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və
qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir.
Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və
asudə vaxtlarında mənfi tə sirlərə mə ruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər.
Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq
fəaliyyətinə qovuşmasını tə min etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və
gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini
yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir.
Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar istisna olmaqla uşaqların
məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər
üçün istifadə olunması qadağandır.
Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara,
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı
uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz
göstərilir.ix[9]
Maddə 26. Uşaqların ictimai təşkilatlarda birləşmək hüququ
Uşaqların təhsil və ya yaşayış yerlərində Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada ictimai birliklər və ictimai özfəaliyyət orqanları yaratmaq və onlarda
birləşmək hüququ vardır.
Uşaqların və uşaq ictimai birliklərinin və ictimai özfəaliyyət orqanlarının siyasi fəaliyyətə cəlb
edilməsinə yol verilmir.
Maddə 27. Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ
Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Təhsil müəssisələrində,
məktəbəqədər və məktəbdənkənar müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı,
tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır. Uşaqların təhqir edilməsi, şəxsiyyətlərinin
alçaldılması yolverilməzdir.
(Çıxarılıb) x[10]
Maddə 28. Uşağın istismardan və zərərli tə sirlərdən mühafizəsi
Dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün
növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir.xi[11]
Uşaqlara qarşı fiziki və psixi zorakılıq, uşaqların cinsi istismarı, onların alkoqolizmə, dilənçiliyə,
qumara, fahişəliyə, narkomaniyaya, toksikomaniyaya cəlb edilməsi, cinayətkar məqsədlər üçün
onlardan istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
müvafiq məs uliyyətə səbəb olur.
Maddə 29. Uşaqlara sosial yardımlar
Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial
yardımlar verir.
Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə
bilər.
Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır.
IV fəsil
Əlverİşsİz şəraİtə düşmüş uşaqların müdafİəsİ
Maddə 30. Əlverişsiz şəraitdə yaşayan uşaqların müdafiəsi üzrə dövlət proqramları
Dövlət hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji fəlakətlər zonasında yaşayan və ya onların
tə sirinə mə ruz qalan, habelə yetim uşaqların, natamam (valideynlərdən biri olmayan), aztə
minatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının müdafiəsini xüsusi proqramlar əsasında tə min
edir.
Maddə 31. Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi tədbirləri
Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa,
himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müvafiq
müəssisələrdə yerləşdirilməsi üsulu ilə tə min edilir.
Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini və mədəni mənsubiyyəti, dili,
tərbiyəsinin varisliyi nəzərə alınmalıdır.
Uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət tə
minatındadırlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəşt
və imtiyazlardan istifadə edirlər.
Maddə 32. Övladlığa götürmə
Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal
inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək
məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən
qorunur.
Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər tərəfindən övladlığa
götürülməsinin, habelə Azərbaycan Respublikası vətəndaşının əcnəbi uşağı övladlığa
götürməsinin qaydaları dövlətlərarası müqavilələr və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 33. İnternat müəssisələrində uşaqların saxlanmasının və tərbiyəsinin şərtləri
Uşaq evlərində, internat tipli uşaq müəssisələrində uşaqların tə lim-tərbiyəsinin təşkili və
keyfiyyətinə görə həmin müəssisələrin rəhbərləri məs uliyyət daşıyırlar.
Antipedaqoji və əxlaqsız hərəkətlərə yol vermiş şəxslərin uşaq müəssisələrində işləməsinə yol
verilmir.
Uşaq evlərində və uşaq internat müəssisələrində uşaqların hərtərəfli fiziki və mə nəvi inkişafı,
şəxsiyyətinin formalaşması məqsədilə ailə şəraitinə yaxınlaşan zəruri maddi və mə nəvi-psixoloji
şərait yaradılır.
Maddə 34. İnternat müəssisələri mə zunlarının müdafiəsi
İnternat müəssisələrinin valideyn himayəsindən məhrum olmuş mə zunlarının hüquq və
mənafelərinin müdafiəsi bu müəssisələrin rəhbərləri və himayə orqanları tərəfindən həyata
keçirilir.
Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat müəssisələrinin mə zunlarının
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş miqdarda tə minat almaq
hüququ vardır.
Yaşayış sahəsi olmayan mə zunların yetkinlik yaşına çatana qədər bu müəssisələrdə qalmasına
icazə verilir.
Maddə 35.Sağlamlıq imkanları məhduduşaqların müdafiəsi
Sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ
vardır. xii[12]
Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına,
peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaq sağlamlıq imkanları
məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür. xiii[13]
Maddə 36.Sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxslərə verilən güzəştlər xiv[14]
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüququ verən iş stajına
daxil edilir və uşağa qulluq edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən
edilmiş məbləğdə müavinət ödənilir.
Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona
qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən
edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı
olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. xv[15]
Maddə 37. Hərbi münaqişələr dövründə uşaqların müdafiəsi
Azərbaycan dövləti onun hərbi münaqişələrə cəlb edildiyi ərazidə olan uşaqların müdafiəsini
beynəlxalq hüquqi normalara uyğun olaraq tə min etməyi öz üzərinə götürür.
Hərbi idarələr döyüş əməliyyatları zonasında olan uşaqların təhlükəsiz yerlərə köçürülməsi,
onların həyatının və sağlamlığının mühafizəsi üçün bütün mümkün imkanlardan istifadə
etməlidirlər.
15 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda birbaşa iştirakı qadağan edilir. Uşaqların
hərbi-təhsil məktəblərinə cəlb edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 38. Təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş uşaqların
müdafiəsi
Dövlət təbii fəlakətlər, bədbəxt hadisə və qəzalar nəticəsində əlverişsiz şəraitə düşmüş və ya
zərər çəkmiş uşaqlara tə cili əvəzsiz kömək göstərir, onların təhlükəsiz yerlərə köçürülməsi üçün
tə xirəsalınmaz tədbirlər görür.
Belə uşaqlar valideynlərini itirdikdə onlar valideyn himayəsindən məhrum olmuş digər uşaqlar
üçün nəzərdə tutulmuş qaydada dövlət tərəfindən müdafiə olunurlar.
Maddə 39. Qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsi
Qaçqın və ya məcburi köçkün olan uşaqların müvafiq status almaq hüququ vardır. Dövlət onları
lazımi müdafiə və humanitar yardımla tə min etmək üçün tə cili müvafiq tədbirlər görür, belə
uşaqların valideynlərinin axtarılmasını təşkil edir, bu məqsədlə beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir, qeyri-dövlət təşkilatlarının fəaliyyətinə zəruri köməklik göstərir.
M a d d ə 3 9 – 1 . Uşaqların baxımsızlığının və hüquq pozuntularının
profilaktikasıxvi[16]
Dövlət qanunvericiliklə müəyyən edilmiş qaydada uşaqların baxımsızlığının və hüquq
pozuntularının profilaktikasını həyata keçirir.
Maddə 40. İnzibati xəta törətmiş uşaqların işlərinə baxılmasının xüsusiyyətləri xvii[17]
İnzibati xəta törətmiş uşaqların işlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada və orqanlar tərəfindən baxılır. Həmin uşaqlar barəsində qərar çıxarılarkən
uşağa humanist mövqedən yanaşılmalıdır.
Tənbeh tədbirləri seçilərkən işin halları, uşağın yaşı, həyat şəraiti, səhhəti, psixi inkişafı və təhsili
nəzərə alınmalıdır.
Maddə 41. Xüsusi tərbiyə müəssisələrində olan uşaqların hüquqları
Uşaqların xüsusi tə lim-tərbiyə, yaxud ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilməsinə
yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir.
Xüsusi tə lim-tərbiyə və ya ixtisaslaşdırılmış tibb müəssisələrində olan uşaqların onlarla
humanist davranması, səhhətinin mühafizəsi, zəruri təhsil və peşə hazırlığı almaq, mə zuniyyət,
yazışma, valideynləri və qohumları ilə görüşmək hüququ vardır.
Maddə 42. Cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin xüsusiyyətləri
Uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya
instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsi ilə müəyyən edilir.
Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində
aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır
zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol
verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr
Tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan
daxilində aşağı həddə təyin edilməlidir. xviii[18]
Həbs edilmiş uşağı onun mənafeyinin tələb etdiyi hallardan başqa yaşlılarla bir yerdə saxlamaq
qadağan edilir. Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş uşaqlar Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə müəssisələrində
saxlanılırlar.xix[19]
Uşaqların saxlandığı tərbiyə müəssisələrinin müdiriyyəti onların vicdanlı və layiqli vətəndaş
kimi yetişməsi, müvafiq təhsil və peşə vərdişləri əldə etməsi üçün müvafiq şərait yaratmalıdırlar.
xx[20]
V fəsil
Yekun müddəalar
Maddə 43. Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı
mübarizənin təşkili
Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı mübarizənin
təşkili müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Maddə 44. Bu Qanunun pozulmasına görə məs uliyyət
Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məs uliyyət daşıyırlar.
Maddə 45. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında
ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 19 may 1998-ci il
№ 499-IQ

Mənbə :https://migration.gov.az

Şərh yoxdur

şərhini yaz