a
Hava:
14 C
clear sky
Baku
humidity: 67%
wind: 3 m/s SE
H14 • L14
HomeSağlamlıq və gözəllikPəhrizə dairNəfsə hakim olaraq-pəhriz saxlamaq

Nəfsə hakim olaraq-pəhriz saxlamaq

Yesəm öldürərlər, yeməsəm ölləm…

Zarafat kimi alınmasın, quş dimdiyindən Tora düşdüyü kimi, çox vaxt insanın da başına gələnlər nəfsinin ucbatından olur. Əksər hallarda sağlamlığın itirilməsi nəfsə hakim ola bilməyin-ziyanlı qidalardan uzaq durmağın, faydalı ərzaqlara meyl göstərməməyin nəticəsində yaranır.
Harda dadlı, ləzzətli qida varsa, nəfs həmişə ona doğru çəkilir.

Yağlı-duzlu xörəklərə meyl, qədərindən artıq yemək xəstəliyə doğru bir addım atmaq deməkdir.

Müdriklərimiz həmişə tam doymamış süfrədən əl götürməyi, necə deyərlər, gözün yeməyin ardınca qalmağını tövsiyə etmişlər.
Bunu etdikdə özün-özünlə mübarizə aparmaqdan uzaq olursan-artıq çəki yaranmır, əlavə kilolar səni incitmir. Quş kimi yüngül və qıvraq görünürsən. Digər halda isə bir tək yol qalır ki, o da pəhriz rejiminə əməl edərək orqanizmi normal əndazəyə salmaqdan, bədən çəkisini azaltmaqdan ibarətdir. Təqdim etdiyimiz pəhriz zülal dietasının bir növüdür və 13 gün üçün nəzərdə tutulub.

Ehtimal olunur ki, bütün tövsiyələrə riayət edildikdə həmin müddətdə maddələr mübadiləsinin tam dəyişməsi baş verir və orqanizmin optimal iş rejiminə keçir.

Pəhriz əzələ kütləsinin itirilməsinə səbəb olmur, lakin qida vasitəsilə orqanizmə daxil olan karbohidrat və yığılan piy ehtiyatlarını əritməyə kömək edir. Pəhrizdən istifadə edərkən 4-8 kq. arıqlamaq olar.

Pəhrizi ildə iki dəfədən çox etmək olmaz.

I gün
Səhər yeməyi –şəkərsiz qara qəhvə
Nahar– Suda bişmiş iki yumurta
Şam – Azca zeytun yağında qızardılmış mal əti

II gün
Səhər yeməyi – Qurudulmuş çörəklə şəkərsiz qara qəhvə
Nahar –Yaşıl salat və pomidorla qızardılmış yağsız mal əti
Şam –Tərəvəzli şorba

III gün
Səhər yeməyi– Qurudulmuş çörəklə şəkərsiz qara qəhvə
Nahar – Yaşıl salat və pomidorla qızardılmış yağsız mal əti
Şam – iki dilim yağsız vetçina

IV gün
Səhər yeməyi – Qurudulmuş çörəklə şəkərsiz qara qəhvə
Nahar – Bir yumurta, bir yerkökü və pendir dilimi
Şam – Meyvə salatı və bir stəkan kefir

V – gün
Limon və sürtgəcdən keçirilmiş yerkökü
Nahar – qızardılmış balıq və pomidor
Şam –Yaşıl salat və pomidorla qızardılmış yağsız mal əti

VI gün
Səhər yeməyi – Qürudulmuş çörəklə şəkərsiz qara qəhvə
Nahar – Yaşıl salat və qızardılmış toyuq əti
Şam – Yaşıl salat və qızardılmış yağsız mal əti

VII gün
Səhər yeməyi – Şəkərsiz çay
Nahar – Yaşıl salat və şişdə qızardılmış yağsız ət
Şam –İstədiyiniz qidanı az miqdarda qəbul edə bilərsiniz

7-ci gündən sonra pəhriz günlərinin ardıcıllığı belədir: 6, 5,4,3,2,1

Umayclub.com

Şərh yoxdur

şərhini yaz