a
Hava:
15 C
clear sky
Baku
humidity: 77%
wind: 0 m/s N
H15 • L15

Münasibətlər

MÜNASİBƏT

Ailə, dostuq, sevgi, iş…

Münasibət həyatımızın hər anında var. Hətta əşyalarla belə münasibətdəyik. Geyimimiz, çantamız və s.
Hətta zehnimizlə belə münasibədəyik, kimisə düşünürük, xatırlayırıq, bəlkə qəzəblənirik.

Münasibət sevgi, deyər və birlikdə zaman paylaşmaqdır. Bu münasibətin sağlam olduğu o zaman bilinir ki, o insan ( lar ) səni sən olduğundan kənara çıxarmır. Eynilə də sən onu.

Əgər əksi baş verirsə, o zaman canlılar arasında münasibət deyil, döyüş, yarış və zaman itkisi baş verir. Bunu ilk kim hiss edir?
Özünü kənardan görməyi bacaran, fərqindəliyi yüksək olan kəs. Və çox hallarda da qərarı o şəxs verir.

Əgər bir münasibət ( dostluq, sevgi, ortaqlıq və s) səni özün olmaqdan uzaqlaşdırırsa, etik dəyərlər çərçivəsində münasibəti tərk etmək ən doğru olandır.
Bu addım ilk növbədə özünə, sonra münasibətinə, daha sonra həyatında rolu bitmiş seçimlərinə sayqı və dəyərinin göstəricisidir.

Şərh yoxdur

şərhini yaz