a
Hava:
25 C
clear sky
Baku
humidity: 36%
wind: 4 m/s S
H25 • L25

Əvvəlki qadınlar

Əvvəlki evlilikləin çoxunun uzunmüddətli olma səbəbi cütlüklərin hər zaman sevgi və mehribanlığından irəli gəlmir.

Bəzi hallarda….

Qadının ÇARƏSİZlİYİNDƏN qaynaqlanır.

Evliliyini bitirə bilməyib, dörd divar arasında ilişib qalmış qadının çarəsizliyi…

“Bir yastıqda bir ömür” və s. kimi sözlər romantikanın deyil, məcburiyyət nişanəsidir.

Heç bir təhsil almadan, uşaq deyiləcək yaşda ərə getməyə məhkum edilmişdir. Ard- arda dünyaya gətirdiyi övladlarının sayı artdıqca ata evinə gedə bilməməyin acizliyi…

Heç bir peşəsi və gəliri olmayan qadınların tək “pənah yeri” dir, ƏR EVİ…

Bir kərə olsun belə sevgiylə toxunulmamış və ya sevgiyə toxunmamış, gözəl sözlər eşitməyib, ruhu da teli qədər oxşanmamış, qadın olduğunu, dişi olduğunu bişirdiyi yeməkdən və yoğurduğu çörəkdən başqa heç nədə hiss etməyən sevgisiz sevgi dolu qadınlar..

Bəyənilməsən– sevərək deyil, qaynatanın məsləhəti, qaynanın öyüdü ilə evə gəlin GƏTİRİLMİŞ qadınlar…

Boyu boyda övladlar ərsə gətirib, hələ də evində qadın olub, qadınlıq edə bilməyən, gülüşü üzündə donub, qəhəri qəlbində yükə çevrilən analar…

Qovrulub bitmiş həyata sahib olub, söz sahibi ola bilməyən qadınlar..

.. Və onların nöqtə qoyulmayan “uzunömürlü” ailə həyatları…

“İçkisi yox, qumarı yox, evinə bağlı” sözlərinə güvənib başına fata qoyub gələn başı qapazlı, ağzı yumruqlu qadinların “hamıda belədir” təsəllisi…

Ailənin, münasibətin bundan ibarət olduğunu düşünən, “AİLƏ dəyəri müqəddəsdir” devizinə canla- başla riayət edib, missiyası cəfaya çevrilən MƏSUM qadınlar…

OYANIN – o dövr bitmişdir !

Artıq güclü, fərqində, savadlı, oxuyan, aydın qadınlar böyütməyə məcburuq !

Ər İNSAFINA həyatını təslim etməyən, pənahı ər məsləhəti olmayan, öz SEÇİMİNİ özü edən, öz qərarını özü verən, öz arzularını heç kimdən pənah ummadan, gözləntisi olmadan özü gerçəkləşdirən, sözünün ağası olan gələcək qadınlar böyüdün.

Düzdür, AİLƏ MÜQƏDDƏSDİR, amma əsl müqəddəs olan isə İNSAN kimi yasamaq HAQQIDIR!

Aynur Turan

etiketlər
Şərh yoxdur

şərhini yaz