a
Hava:
15 C
overcast clouds
Baku
humidity: 82%
wind: 10 m/s NNW
H15 • L15
HomeƏn son xəbərlərMoskvada azərbaycanlılarla ermənilər arasında dava olub

Moskvada azərbaycanlılarla ermənilər arasında dava olub

 Moskvanın Pererva və Perervinski bulvarı kəsişməsində azərbaycanlılarla ermənilər arasında dava baş verib. Bu barədə Rusiya kanalları dda görüntüləri əks etdirərək, xəbər yayıblar.

Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, kadrlarda bir qrup kişinin avtomobildə olan şəxsi döydüyü görünür.

Kütləvi dava zamanı bir nəfər bıçaq yarası alıb. Hadisəyə dərhal reaksiya verən erməni lobbisinin Rusiyadakı rəhbəri David Tonoyan qeyd edib ki, ermənilərlə azərbaycanlılar arasında baş verən bu davada döyülən tərəf ermənidir. Davada iştirak etmiş 13 nəfər polis tərəfindən saxlanılıb. David Tonoyan yaralananın erməni olduğunu qeyd edərək, öz soydaşlarını panikaya düşməməyə çağırıb.

Rusiya mətbuatı davanın məişət zəminində baş verdiyini yazsa da hadisələrin əslində ermənilərin Tovuz rayonunu atəşə tutması dayanır.

İlhamə

Şərh yoxdur

şərhini yaz