a
Hava:
15 C
clear sky
Baku
humidity: 72%
wind: 6 m/s NW
H15 • L15
HomeFaktlar və hadisələrİflicdən əziyyət çəkən uşaqları gülümsədən qadın-Debbie Elnatam

İflicdən əziyyət çəkən uşaqları gülümsədən qadın-Debbie Elnatam

İnsan valideyn olduqda özündə xüsusi bir məsuliyyət, hətta məcburiyyətlər hiss edir. Axı o artıq sadəcə özünün deyil, ona möhtac birinin həyatından məsuliyyət daşıyır.

Amma fiziki məhdudiyyətli bir övlad sahibi olduqda bu hisslər iki qat artır. Axı hər uşaq üçün yerimək, oturmaq kimi normal hərəkətlər həm  fiziki məhdudiyyəti olan uşaqlar, həm onların valideynləri  üçün   problemə çevrilir.

Debbie Elnatam adlı bir qadın ixtirası ilə  bir çox əlil  uşağın gəzməsinə kömək edərək  onların xəyallarını gerçəkləşdirir.

Debby Elnatam Rotem adlı bir uşaq dünyaya gətirəndə uşağın  iflici olduğunu öyrənir.  Bu iflic  Rotemin əzələ inkişafı, duruşu və  inkişafına mənfi təsir göstərmişdi.
İflic Rotemin  gününü yataraq keçirməyə  məcbur edirdi.  Valideynləri gəzə bilməsi üçün kiçik qollarını tutmağa çalışdıqda, bütün səylər boşa çıxdı və hər şey olduqca yorucu olmağa  başlamışdı.  Lakin Debbi bu  iflicin oğlunun həyatına təsir etməsinə, kiçik dünyasında  kəşflər  etməsinə mane olmasını istəmirdi.  Odur ki, oğlu gəzə bilməsi üçün bir yol  tapmağa çalışırdı.

Rotem ixtirası  üzərində oğlu  2 yaşında ikən işləməyə başladı.  Oğlunun bədənini və ayaqlarını öz belinə və ayaqlarına bağlaya bilən bir kəmər hazırladı və bunu zamanla səmərələşdirməyə başladı. Və nəhayət Debi bunu bacarır…

Beləliklə, hər dəfə Debbi bir addım atanda oğlu da addım atırdı.  Bir müddətdən sonra Rotem artıq gəzir və gülümsəyirdi!

Və sonra Debby eyni problemi yaşayan digər ailələr və uşaqlara üçün də bunun  ən yaxşı hədiyyə olduğunu düşündü və planını hazırlamağa başladı.

O ixtirasını daha da inkişaf etdirir  və istehsal edə   biləcək bir şirkət axtarmağa başlayır.  11 ildən sonra Firefly və Leckey şirkətləri The Upsee adlandırdıqları bu məhsulu  bütün uşaqlar və ailələr üçün əlçatan etdi.

The Upsee Debbinin ilk düzəltdiyi  ilə eyni idi.  Uşaqların valideynlərinin belindən və ayaqlarından tutaraq dayanmasına imkan verdi.  Bundan əlavə, ayağındakı cüt səndəl sayəsində, valideynlər addım atanda, uşaqlar da addım ata bilirdilər.

Upsee, bir çox əlil uşağa ilk dəfə bir çox şey etməyə imkan verdi.  Bəziləri hətta ilk dəfə gəzdilər!

New York şəhərində yaşayan Debby 80-ci illərdə İsrailə köçüb.  Qeyd edək ki, Upsee Debby- nin tək ixtirası deyil.

O, iflicin qurbanı  olan digər uşaqların da daha  rahat bir həyat yaşamaları  üçün bir çox layihə hazırladı.  Onun uşaqlar üçün olan bütün ixtiraları  uşaqların sürünməsinə, oturmasına və durmasına kömək edir.

“Ümid edirəm ki, bütün məhsullarım bir gün satılacaq. Çünki daha çox düşüncəm var və digər ailələrin də məndə olan üstünlüklərə sahib olmasını istəyirəm.”

Şərh yoxdur

şərhini yaz