a
Hava:
22 C
clear sky
Baku
humidity: 49%
wind: 2 m/s S
H22 • L22
HomemütailəŞəxslərTürk kinosunun tacsız kraliçası–Türkan Şoray

Türk kinosunun tacsız kraliçası–Türkan Şoray

Türk kinosunun tacsız kraliçası–Türkan Şoray
Doğma xalqını sevən, onun mədəniyyətinin yad ünsürlərdən, bayağı filmlərdən uzaq olmasına çalışın aktrisa hələ 30 yaşında ikən 200-dən çox filmə çəkilib.
Dünya şöhrətli türk kino aktrisası Türkan Şoray 28 iyun 1945-ci ildə anadan olmuşdur.
Bu gözəl türk qızı 25 yaşında ikən “Kənddə bir qız sevdim” adlı filmdə ilk dəfə kinoya çəkilib. Türkanın sənət yolu bu vaxtdan burada başlayıb.
Tezliklə o, Türkiyənin tanınmış kino ulduzu səviyyəsinə qalxıb. Təsadüfi deyil ki, yaratdığı yeni və dolğun obrazlarla xalqın qəlbinə yol tapan Türkan Şorayı “Türk kinosunun tacsız kraliçası” adlandırırlar.
Xalqın verdiyi bu ad aktrisanın yüksək istedada, sənətkarlıq bacarığına malik olduğunu, hamının sevimlisinə çevrildiyini bir daha sübut edib. Doğma xalqını sevən, onun mədəniyyətini yad ünsürlərdən, bayağı filmlərdən uzaq olmasına çalışan aktrisa yüzlərlə filmə çəkilib.
“Açı həyat”, “Çalı quşu”, “Səninlə ölmək istəyirəm”, “Namus borcu”, “Sultan gəlini”, “Zəlzələ”, “Qırmızı ləçək”, “Məhəbbətim, kədərim mənim” və s. gözəl filmlərin əsas rollarında oynayıb.
O, bir rejissor kimi də özünü sınamış, “Dönüş”, “Əsla və daima” və başqa filmlərin quruluşunu verərək, baş rollarda yenə özü çıxış edib.
Türkan Şoray bir sıra beynəlxalq kino festivallarında iştirak edərək 1999-cu ildə “Dünya kinomatoqrafiyasındakı xidmətlərinə görə” nominasiyasında mükafata layiq görülüb.
Umayclub.com
Şərh yoxdur

şərhini yaz