a
Hava:
19 C
broken clouds
Baku
humidity: 68%
wind: 8 m/s SE
H19 • L19
HomeSağlam həyat tərziSağlam düşüncə və motivasiyaHeç vaxt böyüməyən uşaq tərəfimiz

Heç vaxt böyüməyən uşaq tərəfimiz

Həyat ovcumuzdan axıb gedən qum dənələri kimidir. Bəzən illərin belə önəmi qalmır arxaya dönüb baxdıqda. Halbuki, xatirələr nəfəs aldığımız müddətcə bizimlədir. Təbəssüm, açan bir çıçəyin içimizdə yaratdığı o incə duyğu, kiçik sevinclərin bizi gücləndirən motivasiyası, köksümüzü qabarlandıran o qədər sıxıntılardan sonra ovuclarımıza qoyulan rəngarəng sovurma şəkərlər kimi… Hərəsinin ayrı dadı qalar damaqlarımızda.
Bəlkə də, hər zaman özümüzü uşaq hiss etməyimizin tək səbəbi budur…
Bizlər oynadığımız oyunların dizlərimizi yaralasa da, heç vaxt əvəzolunmaz hislərə, bəzilərinə alışqınıq və hələ həyatdan geri qalmamaq üçün “yox, ağrıtmadı” da deyə bilirik… Nə yaxşı ki, deyə bilirik.
Bir səhər oyanıb pəncərədən süzülən işıgın bizi oxşayan, sığallayan təlaşında, yanağımızdan öpən xəfif mehində yırğalanaraq bizə GÜNAYDIN deyərcəsinə gülümsəyən bir kiçicik çiçəklə, bütün sıyrıqlara, yaralara baxmayaraq, məhəllə yoldaşlarımızla oynama həvəsi ilə dolu ürəyimiz, yaşımıza baxmayan məsum ümidlərlə bəzənir.
O ümidlərdir böyüməyən uşaq tərəfimiz, bir də o xəyallar…

Şərh yoxdur

şərhini yaz