a
Hava:
15 C
clear sky
Baku
humidity: 77%
wind: 6 m/s NNW
H15 • L15
HomeMünasibətlərQadın,ailə,cəmiyyət“Gələcəyimizi şəhid analarının güclü ruhu, mənəvi dünyası, sevgisi işıqlandıracaq” – Qadın klubu

“Gələcəyimizi şəhid analarının güclü ruhu, mənəvi dünyası, sevgisi işıqlandıracaq” – Qadın klubu

8 mart Beynəlxalq Qadınlar Günü ətəfəsindəyik. Həyatımızın ən müxtəlif sahələrində öz potensiallarını realizə edən Azərbaycan qadınları sadəcə ildə bir dəfə deyil, ilin hər gününü, hər anını diqqətə, sevgiyə layiqdirlər. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi “dünyanın ən gözəl qadını Azərbaycan qadınıdır”.  Bu gözəl, ziyalı Azərbaycan xanımlarından biri də  Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Afət Həsənovadır. 30 ilə yaxın tibb sahəsində fasiləsiz çalışan, araşdırmalara imza atan, ictimaiyyətçiliyi ilə seçilən Afət xanım Həsənova Qadınlar günü ərəfəsındə Baki-Baku.az saytının suallarını cavablandırıb. 

– 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsindəyik. Bu günü necə qəbul edirsiniz? 

– Məlum olduğu kimi, 8 mart  Beynəlxalq Qadınlar Gunu haqqını tələb edən qadınların günü kimi tarixə düşüb. Qadınlar bütün dünyaya zərif olsalar da zəif olmadıqlarını bəyan etmək istəyiblər. Ölkəmizdən danışmaq istərdim.  XX  əsrin əvvəllərində  Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara verdiyi hüquqları xatırlayaq. Və bu ənənənin ümummilli lider Heydər Əliyev, cənab  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət edək. Ölkəmizdə gender bərbərliyinin təmin edilməsi, qadın hüquqlarının qorunması,  qadınların parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, idmanda, hüquq mühafizə orqanlarında və s. sahələrdə kişilərlə bərabər vəz ifələrdə təmsil olunması  bizim qürur mənbəyimiz deyilmi? Qadınlarımız diplomatiyada, beynəlxalq təşkilatlarda, dünya elmində tarix yazırlar. Hər il 8 mart ərəfəsində qadınlar dövlət tərəfindən, birbaşa Prezident İlham Əliyev  tərəfindən qiymətləndirilir, müxtəlif mükafatlarla təltif olunurlar. Bu qədər qayğı ilə əhatə olunan  qadın  təbii ki,  8 mart Beynəlxalq Qadınlar Gününü yadda qalan,  xoş bir  bayram kimi qeyd edər…

–  Sizcə  ümumilikdə  qadınlarımız bu özəl günü hansı əhval ruhiyyədə qarşılayırlar?

–  Əgər dövlət başçısı İlham Əliyev  və Birinci xanım Mehriban Əliyeva daima qadın inkişafını dəstəkləyirsə, bu istiqamətdə müntzəm surətdə  dövlət proqramları həyata keçirilirsə, təbii ki, bütün bunlar Azərbaycan xanılarının rifahının yaxşılaşmasını və xoşbəxtliyini şərtləndirir. Tariximizdə bizi sevindirən və kədərləndirən günlər var.  Düşünürəm ki, 30 illik savaşı 44 günə Zəfərlə bitirən bir ölkənin qadını, anası necə xoşbəxt olmaya bilər?  Prezident  İlham Əliyevin 2003-cü ildən bəri həyata keçirdiyi ardıcıl siyasətin məntiqi nəticəsi inkişaf və qələbədir. Qələbə qazanan bir xalqın qadını yalnız sevinc-fərəh, qürur hissi keçirər. Bu baxımdan Azərbaycan qadını xoşbəxtdir,  qələbə-zəfər əzmindədir, yüksəl əhval-ruhiyyədədir. Əlbəttə, bu gün qarşısında hamımızın baş əydiyi, başımızın tacı, məğrur, böyük Azərbaycan qadını – şəhid analarımız var. Elə bilirəm ki,  bu bayram günlərini  həmin analarımızın yanında olmağımız,  belə bir özəl günü qeyd etməyin məhz onların haqqı olduqlarını hiss etdirməyimiz daha da gözəl olar…

Digər tərəfdən ölkəmizdə  qadın hüquqları yüksək səviyyədə qorunur,  ictimai-siyasi arenada qadınlar əhəmiyyətli rola malikdirlər, qadınlar  müxtəlif sahələrdə seçdikləri işlə məşğul olur, uğur qazanır və s.   Ən önəmlisi azərbaycan qadını  gözəl ailə başçısı,  xoşbəxt ailə xanımıdır. Bəlkə də dünyada Azərbaycan qadını qədər zəhmətkeş, ailəcanlı, təəssübkeş, baxımlı, güclü, məğrur, gözəl qadın yoxdur. Bu qədər dəyərləri özündə birləşdirən qadın əlbəttə, yüksək əhval ruhiyyədə olacaq.

– Yeni Azərbaycan Partiyasının üzvüsünüz dediniz.  Sizcə  ötən 28 ildə  ölkəmizin  aparıcı partiyası qadınların həyatında nə kimi rol oynaya bilib?

– Öncə xatırladım ki,  məhz   YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dönəmində, 1998-ci ildə Qadın problemləri üzrə Dövlət komitəsinin yaradılması qadın siyasətində yeri mərhələnin başlanğıcı oldu.  Bu hələ o zaman Heydər Əliyevin qadın faktoruna münasibəti və bu münasibətin YAP-ın siyasi xəttinə transfer olunması demək idi. Bu siyasi xətt illərlə inkişaf etdi, parlamentdə qadın millət vəkillərinin sayı artdı, qadınlar dövləti vəzifələrə geniş şəkildə irəli çəkildi. YAP ətrafında birləşən xanımlar ən müxtəlif sahələrdə daha geniş formada öz potensiallarını realizə etdilər.  Zamanla parlament və bələdiyyə seçkilərində uğur qazanan qadınların böyük qismi məhz YAP-ın namizədləri idi. Əslində bu, həm də partiyanın qadınlara olan etimadı və dəstəyinin göstəricisidir.  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti   Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının Sədr müavini, partiyanın İdarə Heyətinin üzvüdür.  Bu seçim  YAP-ın yarım milyondan çox üzvünün  istəyini, iradəsini əks etdirir ki, bu da  partiyada qadınlara olan münasibətin təzahürüdür.

–  Ümumiyyətlə, dövlətin qadın siyasəti necə dəyərləndirilməlidir? 

–  1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, gender bərabərliyinin təmin olunması,  qadınların ictimai-siyasi fəallığının artırılması ölkəmizdə qadına verilən dəyərin göstəricisidir.   Daha sonra cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən proqramlar çərçivəsində qadınların müxtəlif sahələrdə irəli çəkilməsi, dövlət və qeyri-dövlət sektorlarında özlərini təsdiqləməsi təbii ki, qadınlara yaradılan hərtərəfli şəraitin nəticəsidir.  Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, bütün dünyada  Azərbaycanı ən yüksək səviyyədə təmsil etməsi də dövlətin qadınlara yönəli  siyasətinin təzahürüdür. Yəni xanımlarımızı, gənc qızları uğura, inkişafa  səsləyən əvəzsiz bir stimul, ilham mənbəyi  var. Bütün fəaliyyəti ilə ölkəmizə, dövlətçiliyimizə işıq saçan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva eyni zamanda  bizim üçün əvəzsiz bir  örnəkdir.

“…Yetər ki, qadın inkişaf etmək istəsin!”

–  Qadınlarımız yaradılan şəraitə adekvat cavabı necədir sizcə? İctimai proseslərdə qadınların çəkisi yetərli sayıla bilərmi?
–  Bir azərbaycanlı kimi sevinirəm ki, ətrafımızda çoxlu sayda həyatını xalqımızın, dövlətimizin inkişafına həsr edən işgüzar,  vətənpərvər xanımlar var.  O xanımlar ki, həddindən artıq zəhmətkeşdirlər. Həm evin, ailəsinin, həm işinin məsuliyyətini çəkməkdən  bezmir, əksinə zövq alır. Həm ictimai, həm də şəxsi həyatda uğurlara imza atır. Hesab edirəm ki, Birinci xanım Mehriban Əliyevanın həm iş, həm də şəxsi müstəvidəki nümunəsi  xanımların bu baxımdan düzgün istiqamətə yönlənməsini stimullaşdırır.  Eyni zamanda qeyd etməliyik ki, ailə institutu bizdə hər zaman önəmli olub, qədim kökləri var. Azərbaycan qadınlarının ən böyük üstünlüyü məhz iş və ailə həyatında uğurları bərabər qazanmasıdır.  Ailədə uğur qazanan qadın iş həyatında da uğurludur. Bu artıq özünü təsdiqləmiş faktdır. Qısacası dövlətin qadınlarla bağlı həyata keçirdiyi çoxlu sayda layihələrə adekvat olaraq xanımlarımız həm həyatımızın ən müxtəlif sahələrində çalışır, öz bacarığını ortaya qoyur,  həm də gələcəyin layiqli vətəndaşlarını yetişdirmək kimi məsulyyətli bir vəzifəni şərəflə yerinə yetirirlər.  Əlbəttə, bu inkişafda  cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri danılmazdır. Azərbaycan qadını olaraq mən də əhatə olunduğumuz qayğı üçün, qadınlara göstərilən dəstək üçün  Prezidentimə, Vitse-prezidentimə sonsuz minnətdarlığımı bildirirəm. Fərəhlidir ki, ölkəmizdə xanımlara istədikləri, sevdikləri sahədə çalışmaq, inkişaf etmək, uğur qazanmaq üçün lazım olan bütün şərait yaradılıb. Yetər ki, qadın inkişaf etmək istəsin!

–  Siz uzun illər tibbin genekologiya istiqamətində çalışırsınız, araşdırmalar aparırsınız. Bütün sadaladığınız uğurlarla yanaşı  cəmiyyətdə hələ də hamımızı qayğılandıran bir  məsələ var. Yəqin razılaşarsınız ki,  cəmiyyətdə qız övladlarına   münasibət birmənalı deyil…  Səbəblər?

– Qız uşaqlarına qarşı ayrıseçkilik heç bir halda qəbul oluna bilməz, yolverilməzdir. Bu hal  qanunvericiliyə də,  mənəvi və dini dəyərlərimizə də ziddir. Bu məsələ bölgədən bölgəyə dəyişir. Genekoloq həkim  kimi zaman-zaman mən də  ailələrdə qız uşağının  arzuolunmaz olması ilə bağlı faktlarla üz-üzə qaldım. Əksər hallarda da ailələri bu fikirdən uzaqlaşdırmağa, doğru olmadığını başa salmağa çalışdım. Bir çox hallarda da istəyimə nail oldum… Fikrimcə, bu mövzu daha öncələrlə müqayisədə aktual deyil, bəlkə də belə yanaşmalar nadir hallardadır. Bilirsiniz, bu məsələ daha çox insanların savadı,  təhsili, dünyagörüşü ilə bağlıdır. Yəni bu bizə keçmişimizdən, dinimizdən gələn bir baxış bucağı deyil.  Qeyd etdiyim kimi,  daha çox fərdlərin insan olaraq inkişaf səviyyəsi ilə bağlıdır. Dinimiz də qız övladına ayrıseçkiliyi rədd edir. Hədislərdə Peğəmbərimiz  qız övladı olan atalara kömək etməyi ilahi bir vəzifə kimi izah edir.  İslam dinində qadınların və qız uşaqlarının dəyəri çox böyükdür. Bir haldakı dövlətimiz və dinimiz, milli dəyərlərimiz  qız uşaqlarını müdafiə edir, demək ki, qız övladını arzuolunmaz saymaq cahillikdən başqa bir şey deyil. Yeri gəlmişkən, bu gün qız övladına etiraz edən insanları da qadın dünyaya gətirib, tərbiyə edib. Bu bir daha göstərir ki, anaların, xanımların, qız övladlarımızın  savadlı, təhsilli, bilikli olması şərtdir. Yəni gələcəkdə hər hansı problemlə qarşılaşmaq istəmiriksə övladlarımız mükəmməl təhsil almalıdır. Yalnız təhsil,  bilik gələcəyimizin təminatıdır.

 –  Bir ziyalı kimi necə düşünürsünüz, gənc qızların dəyərlərimizə sadiq formalaşması üçün bizdən cəmiyyət olaraq nə tələb olunur? 
– Sualınızın cavabına cənab Ali Baş Komandan İlham əliyevin çox dəyərli bir sitatını xatırlatmaqla başlamaq istərdim: “Azərbaycanı xalq kimi yaşadan milli-mənəvi  və islami dəyərləridir”.  Tarixin  dərinliklərindən, ən sərt imtahanlarından belə alnıaçıq çıxıb bu günə gəlib çatan dəyərlərimiz var. Hər bir toplumu da var edən onun dəyərləridir. Milli yaddaşımızda kök atmış keçmişinə sayğı, ənənəsinə sadiq, əxlaqi dəyərlərimiz bu gün də yaşayır. Bu gün yaşadırıqsa, deməli gələcək nəsilərə də ötürə biləcəyik. Mən nikbin düşüncəli insanam. bir neçə ay öncə 44 günlük müharibədə analarımızın, Azərbaycan qadınının necə vətənpərvər, qəhrəman övladlar yetişdirdiyinin şahidi olduq. Gələcəyimizi də bax bu anaların güclü ruhu, mənəvi dünyası, sevgisi,  milli-mənəvi dəyərlərə bağlılığı işıqlandıracaq.

Bakı-Baku.az

Şərh yoxdur

şərhini yaz