a
Hava:
15 C
clear sky
Baku
humidity: 72%
wind: 6 m/s NW
H15 • L15
HomeƏn son xəbərlərNaxçıvan Dövlət Universitetinin kollektivi qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edib.

Naxçıvan Dövlət Universitetinin kollektivi qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edib.

Bu günlərdə – 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin kollektivi sərgi-satış təşkil edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova kollektivə məlumat verib ki, sərgi- satışda istedadlı qadınların, habelə Muxtar Respublikanın kəndlərində yaşayan evdar qadınların, həmçinin Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsi tələbələrinin, Texnologiya mərkəzinin üzvlərinin, Heydər Əliyev Uşaq Gənclər yaradıcılıq, Texniki yaradıcılıq mərkəzlərinin dərnək rəhbərlərinin və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrinin, orta ixtisas və ali təhsil müəssisələrinin, Naxçıvan Biznes mərkəzinin emalatxanasında çalışan qadın və rəssamlarının, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən qadınların da əl işləri sərgilənir.

Ümumilikdə, sərgi- satışda 514 şəxsin 74 26 əl işi nümayiş etdirilir. Sərgidə nümayiş olunan bir- birindən maraqlı, rəngarəng əl işləri qadınların bədii təxəyyülünün məhsuludur. Doğma Naxçıvanımızın qədim memarlıq abidələri istedadlı qadınların rəsm və əl işlərində məharətlə əks olunub. Əl işləri arasında milli geyim nümunələri, yağlı və lsulu boya ilə çəkilmiş təbiət mənzərələri, toxuma xalçaları, vitraj, rəsm işləri, dekorativ və muncuqla, həmçinin ağac üzərində oyma, yanma, mis üzərində döymə üsulu ilə hazırlanan əsərlər, suvenirlər və s. diqqəti cəlb edir. Sərgi-satışa baxanlar burdan öz zövqlərinə uyğun əl işləri də alıblar.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Nicat Qarayev bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərin də rəsm və əl işlərinə maraq böyükdür.

Satışa bu kateqoriyadan olan 84 şəxsin 918 əl işi nümayiş olunur. Onların əl işlərinin sərgi və satışının təşkili həmin şəxslər üçün böyük maddi və mənəvi dəstək deməkdir. Sərgi – satışda Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri də iştirak edir. Ali təhsil müəssisindən 76 şəxsin 219 əl işi sərgidə satışa çıxarılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Naxçıvan şəhəri İcra Hakimiyyətinin, Muxtar Respublikada fəaliyyət göstərən nazirlik, komitə, idarə, müəssisə və təşkilatların kollektivləri və fərdi sakinlər də sərgi-satışla tanış olub, hədiyyəlik əl işləri alıblar.

Ümumilikdə iki gündə 213 şəxsin 10219 AZN dəyərində 788 əl işi satılıb. Sərgi- satış mart ayının 15- nə dək davam edəcək.

Şərh yoxdur

şərhini yaz