a
Hava:
15 C
clear sky
Baku
humidity: 94%
wind: 3 m/s SSE
H15 • L15
HomeQadın və ictimaiyyətDünyada tanınmış qadınlarFilds Medalı almış ilk qadın Məryəm Mirzəxani

Filds Medalı almış ilk qadın Məryəm Mirzəxani

Filds Medalı almış ilk qadın Məryəm Mirzəxani 1977-ci ildə İranda doğulub.
İran riyaziyyatçısı, ABŞ Riyaziyyat Cəmiyyətinin Satter Mükafatının (2013) və Filds medalı laureatı (2014) olub.
O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və 2008-ci ildən Stanford Universitetində professor işləyib.

Riyaziyyatçı 2014-cü ildə “Riemann səthlərinin həndəsəsi ilə dinamikası və onların məkan modulları nəzəriyyəsinə verdiyi töhfəyə” görə Fields mükafatına layiq görülüb.
ABŞ-da yaşayan alim nüfuzlu mükafata layiq görülmüş ilk qadın və ilk iranlıdır.
Riyaziyyat üzrə Nobel mükafatı verilmir. Buna görə də Fields Medal tez-tez “riyaziyyatçıların Nobel mükafatı” adlandırılır.
Mərhum 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkən Məryəm Mirzəxani 2017-ci ildə vəfat edib.

Aynura

Şərh yoxdur

şərhini yaz