a
Hava:
19 C
clear sky
Baku
humidity: 59%
wind: 11 m/s NNW
H19 • L19
HomeMünasibətlərQadın,ailə,cəmiyyətEkspert: “İnzibati cəzalar ailədaxili münaqişələrə son qoya bilməz”

Ekspert: “İnzibati cəzalar ailədaxili münaqişələrə son qoya bilməz”

Azərbaycanda məişət zorakılığı ilə bağlı sanksiyaların Cinayət Məcəlləsinə daxil edilməsi nəzərdə tutulub. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva Sputnik Azərbaycan-a bildirib ki, ənənəvi Azərbaycan ailəsi ailədaxili münaqişənin müxtəlif formalarından əziyyət çəkir:

“Azərbaycanda ailədaxili münaqişə haqqında danışarkən daha çox qadına yönəlmiş şiddətdən danışılır. Amma son illər gənc xanımların ailə daxilindəki statusundan sui-istifadə etmə halları geniş yayılıb. Belə hallar Azərbaycanda da mövcuddur. Bunun uzunmüddətli davam etməsi ənənəvi Azərbaycan ailə modelini sıradan çıxara bilər. Ailədaxili münaqişənin əsasını təşkil edən maddi-sosial təminat, mənzil probleminin həlli administrativ cəzalardan fərqli olaraq ailədaxili münaqişələrə son qoya bilər”.

Yeganə Hacıyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Şərh yoxdur

şərhini yaz