a
Hava:
16 C
clear sky
Baku
humidity: 55%
wind: 7 m/s NNW
H16 • L16
HomeƏn son xəbərlərXətai rayonunda oğul anasını bıçaqlayaraq öldürüb

Xətai rayonunda oğul anasını bıçaqlayaraq öldürüb

 

Martın 10-da saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kanalı izləyin @mediapostaz

Şərh yoxdur

şərhini yaz