a
Hava:
16 C
clear sky
Baku
humidity: 77%
wind: 3 m/s SSE
H16 • L16
HomeQadın və ictimaiyyətMövzu "Qadın"İncəsənətdəDünyanın ən məşhur 5 qadın portreti

Dünyanın ən məşhur 5 qadın portreti

      Mona Liza

Leonardo da Vincinin müəllifi olduğu bu əsər hazırda Lüvr muzeyində saxlanılır. Mona Liza, “dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir.”
Ən böyük sığorta dəyəri olan rəsm əsəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır.

Mirvari sırğalı qız

Mirvari sırğalı qız ( Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur.  Əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən “Qüzey Mona Lozası” və ya “Holland Mona Lizası” da adlandırırlar. 1999-cu ildə Tracy Chevalier bu tablonun yaranmasından bəhs edən “”Mirvari tanalı qız” adlı tarixi roman yazmış, 2003-cü ildə baş rolda Skarlett Yohanssonun oynadığı eyni adlı film çəkilmişdir.

Adel Blox – Bauerin portreti I

Adel Blox – Bauerin portreti I ( Portrait of Adele Bloch-Bauer l )  1907-ci ildə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilib. Kətan üzərində yağlı boya ilə çəkilmiş əsər «Adel Blox – Bauerin portreti I» rəsmi həm də «Qızıl Adel», yaxud «Avstriyanın Mona Lizası» kimi məşhurdur. Əsərdə  26 yaşında Vyana Banklar Birliyinin baş direktoru Moritz Bauerin qızı Adele Bloch-Bauer təsvir edilmişdir.
Müəllif portreti çəkərkən yağlı boya ilə yanaşı qabartma və zərgərlik texnikasından da istifadə edib.

“Ağlayan qadın “

“Ağlayan qadın ” ( The Weeping Woman) portreti 1937-ci ildə Fransada Pablo Pikasso tərəfindən çəkilmişdir.  Bu əsərdə Dora Maar adlı məşhur fotoqrafın təsvir edildiyi deyilir.
Pikassonun inanılmaz fırçası, qadının bütün çılpaqlığı ilə ağlayan qadının kədərini üzə çıxarır.   Reallıqları təhrif edərək kubizmin əks olunması, ağlayan qadının bütün ruhunu ortaya qoyur.  Nəmli gözlər, tökülmüş damlalar bizə Dora’nın göz yaşlarından daha çox şey təqdim edir.  İncəsənət tarixində Pikassodan əvvəl heç bir sənətkar ağladığı üçün ağlayan  qadının əks edildiyi tabloda müxtəlif rənglərdən istifadə etməyib.
1987-ci ildən bəri Londonda Teyt Modern muzeyindədir

Xanım gəlincik ilə

“Xanım gəlincik ilə” (it. Dama con l’ermellino) — Leonardo da Vinçinin portretlərindən biri. Tədqiqatçıların çoxunun fikrincə bu portretdə Sisilya Qallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sforsun sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz